Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda daha bir küçədə qanunsuz tikili sökülüb

16.10.2024 20:26 1 209
Bakıda daha bir küçədə qanunsuz tikili sökülüb
Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib.

"Report" komitəyə istinadən xəbər verir ki, tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib.

Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib.скачать dle 11.3
Mojo.az Banner