Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”

30.10.2025 20:33 528
Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”
"Doğulduğumuz gündən müəyyən yaş dövrlərindən, periodlardan keçirik, hər birində fərqli duyğular yaşayır, yeni kəşflər edirik. Kiçik yaşlardan başlayaraq övladımıza olan münasibətimizdə diqqətli olsaq iləri yaşlardakı keçidləri daha rahat keçməsinə yardımçı ola bilərik”.

Bunu psixoloq Gövhər Məmmədova açıqlamasında bildirib.

O əlavə edib ki, yeniyetməlik dövrü çətin keçən periodlardan biridir:

“Çünki bu dövrdə düşüncələrlə yanaşı hormonal dəyişikliklər də baş verir, dolayı yolla aqressiv davranışlar artır yeniyetmə hislərini, əsəblərini idarə etməkdə çətinlik çəkir, ətrafdakı hadisələrdən daha tez qıcıqlanır, üsyankarlıq edir. Hətta bəzən çox basqı edildikdə zorakılıq, intihar hallarına da rast gəlinir. Yaxşı olar ki, valideynlər yeniyetmələrə qarşı daha təmkinli, qayğılı münasibət göstərsinlər. Fərqli fikirlərinə qarşı çıxaraq deyil onları dinləyərək, onları başa düşdüklərinə inandıraraq, onları narahat etməyəcək şəkildə nəzarəti əldən verməməklə qadağaları minimuma endirməyə cəhd göstərsinlər”.

Psixoloq diqqətə çatdırıb ki, yeniyetmələrin dostları ilə görüşmək, tək qalmaq, özünü isbat etmək kimi istəklərinə laqeyd yanaşılmamalıdır:

“Bu gün hansısa yeniyetmə yaxud gənc bir başqasının həyatına qəsd etməyə cəhd edirsə deməli bu bu gün yaranmiş duyğu deyil illərin üst üstə yığılmış fəsadlarıdır. Təbii ki burada yalnız valideynlərin deyil artıq ətraf mühitin də rolu böyükdür, məktəb müəllimləri də daxil olmaqla. Unutmamalıyıq ki, valideyn, tərbiyəçi, müəllim olaraq ən əsas vəzifələrimizdən biri uşaqları sevgi və güvən əksikliyi olmadan böyütməkdir”.

Son xəbərlər