Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Abituriyentləri imtahan həyacanından necə qorumaq olar – PSİXOLOQ MƏSLƏHƏTİ

19.05.2018 17:31 2 477
Abituriyentləri imtahan həyacanından necə qorumaq olar – PSİXOLOQ MƏSLƏHƏTİ
Azərbaycanda abituriyentlər üçün ali məktəblərə fənn hazırlığı ön sırada dayanır, psixoloji hazırlığa isə diqqət yetirilmir”.

Bunu “Report”a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

O bildirib ki, Azərbaycanda ali məktəbə hazırlaşmaq lazımdır deyəndə, yalnız fənn hazırlığı nəzərdə tutulur: “Valideynlər fikirləşirlər ki, övladlarının ən yaxşı müəllim (repetitor) yanına getmələri universitetə daxil olmaq üçün kifayət edir. Təcrübə isə onu göstərir ki, zaman keçdikcə bu yanaşma valideyn və övlad arasında problemlərin yaranmasına səbəb olur”.

E.Rüstəmov qeyd edib ki, ölkədə repetitor yanına getmədən yüksək balla ali məktəbə qəbul olan abituriyentlər da az deyil: “Bu aspektdən valideynlər fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlığa da diqqət ayırmalıdırlar. Söhbət hər həftə psixoloqa müraciət etməkdən getmir. 1992-ci ildən bu yana universitetlərə keçid balları artmır. Doğurdanmı abituriyentlərin savad dərəcəsi aşağıdır?! Əksinə, onlar bütün testləri edə bilirlər. Sadəcə, psixoloji məqamlardan dolayı abituriyentlər qəbul imtahanlarında aşağı nəticə göstərirlər. Tədris kurslarında, eləcə də repetitorlar və valideynlər psixoloji hazırlığa diqqət etmirlər. Valideynlər övladlarını psixoloq yanına imtahana ya 1-2 gün, ya da maksimum bir həftə qalanda gətirirlər. Halbuki bu psixoloji hazırlıq imtahana bir-iki ay qalmış başlamalıdır. Bunu etmək əvəzinə valideynlər övladlarını pirlərə aparmağa üstünlük verirlər. Amma abituriyenti pirlərə aparmaqdansa, psixoloq yanına aparmaq məsləhətdir”.

Onun fikrincə, abituriyentlər imtahan binası ilə əvvəldən tanış olmalıdır: “Bəzi abituriyentlər hazırlıq üçün müəllim yanına gedirlər, müəllimi də onların proqramı mənimsəməsindən razı qalır, amma imtahanda zəif nəticə göstərirlər. Burada imtahan verilən yerin də təsiri olur. Çünki insanın ilk dəfə olduğu yerə öyrəşməkdə çətinlik çəkir”.

Psixoloq abituriyentlərə məsləhətlərini də verib: “Abituriyentlər mütləq dərs deyən müəllimlərin, əziyyəti olan insanların xeyir-duasını almalıdırlar. İmtahana bir gün qalmış axşam gəzintisinə çıxmaq, yuxuya xeyli vaxt ayırmaq, lazımi qədər yatmaq lazımdır. Valideynlər övladları ilə mənəvi mövzulardan danışmalıdır, bu da onları motivasiya edə bilər. Abituriyentlər imtahanda onlara verilən 3 saatın hər bir saatından sonra 2-3 dəqiqəlik fasilə verə bilərlər. İmtahanda sona qədər oturmaq lazımdır, yəni abituriyentlər zalı tez tərk etməyə çalışmasınlar. İmtahan suallarını sona kimi və diqqətlə oxumaq məsləhətdir. Əksər hallarda abituriyentlərin mexaniki səhvlərinin səbəbi məhz sualları diqqətsiz və sona qədər oxumamaqları ilə bağlı olur. Bilmədikləri sualları cavablandırmasınlar”.

Qeyd edək ki, mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Son xəbərlər