Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq

01.11.2025 19:44 915
Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Bu barədə Panorama.am Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verir.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.

Son xəbərlər