Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?

01.11.2025 21:51 525
Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?
Alimlər dünyanın ən uzunömürlü məməlisi sayılan Qrenlandiya balinalarının necə 200 ilə qədər yaşaya bildiyini araşdıraraq, bu kəşfin insan ömrünü uzatmaqda da faydalı ola biləcəyini düşünürlər.

"IFLScience” nəşrinin məlumatına görə, çəkisi 80 tondan artıq olan Qrenlandiya balinası Yer kürəsində mavi balinadan sonra ikinci ən böyük heyvandır. Onun bu qədər uzun yaşamasına baxmayaraq, bədənində xərçəng xəstəliyinin yaranma riski çox aşağıdır. Bu isə elm aləmində "Peto paradoksu” adlanır — yəni iri və uzunömürlü heyvanlarda xərçəng riski gözlənildiyi qədər yüksək deyil.

Rochester Universitetinin tədqiqatçıları bu fenomenin səbəbini öyrənmək üçün balinanın genetik xüsusiyyətlərini araşdırıblar. Onlar CIRBP adlı xüsusi bir zülal aşkarlayıblar ki, bu da soyuq şəraitdə aktivləşərək DNT-nin zədələnmiş hissələrini bərpa etməyə kömək edir. Alimlər bildirirlər ki, bu zülalın miqdarı Qrenlandiya balinalarında digər məməlilərlə müqayisədə 100 dəfə çoxdur.

Tədqiqat müəlliflərindən biri, professor Vira Qorbunova deyib: "CIRBP zülalı ikiqat DNT qırılmalarının bərpasında əsas rol oynayır və bu, xərçəngin qarşısının alınmasında mühüm amildir. Qrenlandiya balinalarının yaşadığı buzlu sular bu zülalın aktivliyini artırır".

Digər müəllif, professor Andrey Seluanov isə əlavə edib ki, laboratoriya şəraitində temperatur cüzi şəkildə aşağı salındıqda hüceyrələrdə CIRBP istehsalı artır.

Ən maraqlısı odur ki, bu zülal insan orqanizmində də mövcuddur. Alimlər Qrenlandiya balinasının CIRBP genini insan hüceyrələrinə əlavə etdikdə, həmin hüceyrələrin DNT-ni bərpa qabiliyyəti xeyli yüksəlib.

Professor Qorbunova bildirib: "Uzunömürlü yeganə isti qanlı məməlini öyrənməklə biz genomun qorunmasının həyatın davamlılığı üçün nə qədər vacib olduğunu daha yaxşı anlayırıq".

O, həmçinin qeyd edib ki, gələcəkdə insanlarda da CIRBP səviyyəsini artırmaq və ya bu zülalı əlavə etmək uzunömürlülüyə təsir göstərə bilər. Hətta həyat tərzindəki kiçik dəyişikliklər – məsələn, soyuq duş qəbul etmək – bu zülalın fəaliyyətini stimullaşdıra bilər.

Alimlər hələlik bu istiqamətdə daha çox araşdırma aparılmasının vacibliyini vurğulayırlar. Lakin ümid edirlər ki, bir gün Qrenlandiya balinasının sirri insanlarda da DNT-nin bərpasını gücləndirəcək, xərçəng riskini azaldacaq və qocalma prosesini ləngidəcək.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner