Mojo.az Banner
23:05 Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər  |     22:19 Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO  |     22:01 ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq  |     21:39 Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO  |     21:31 20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO  |     21:25 Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı  |     21:13 Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi  |     20:58 "Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq  |     20:53 Gəncədə 34 yaşlı şəxs bıçaqlandı  |     20:39 Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video  |     20:28 Hacıqabulda avtomobillər toqquşdu - Yaralılar var  |     20:19 Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub  |     20:00 Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçir  |     19:48 QMİ Ramazan bayramı ilə bağlı fətva VERDİ  |     19:45 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:42 Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib  |     19:30 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:23 Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək  |     19:14 Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi  |     19:04 Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - Video  |    
Left Banner
Right Banner

Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb

04.08.2021 21:47 1 218
Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb
Azərbaycanın şimal və şimal-qərb regionlarında böyrək daşı xəstəliklərinə daha çox rast gəlinir.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Onun sözlərinə görə, bu, daha çox qidalanma ilə əlaqəli məsələdir: "Şamaxı-İsmayıllı zonasında daşyaranma riski 2,1 - 2,2 faiz arasındadır. Bu xəstəliyə kənd həyatı yaşayan insanlarda daha çox rast gəlinir. Çünki kənd həyatı yaşayan, tarlada çalışan bir insanla bankda, kondisioner qarşısında işləyən birinin gündəlik qəbul etdiyi suyun miqdarı və tərləmə faizi eyni deyil. İnsan nə qədər çox tərləyirsə, idrar miqdarı azalır. Yəni, sidik qatılaşır və daş yaranma riski artır. Zaqatala-Şəki regionunda bu rəqəm 0,7 faiz, Xaçmaz-Siyəzən zonasında isə 1,7 faizə bərabərdir".

A.İbrahimov, həmçinin bildirib ki, müəyyən zülallı, infeksiyalı daşlar var ki, onlara qadınlarda daha çox rast gəlinir: "Normalda isə 40 yaşdan yuxarı 3 kişidə daş xəstəliyi varsa, 1 qadında bu xəstəlik müşahidə olunur. Ümumi statistikalara nəzər saldıqda, deyə bilərik ki, ölkə üzrə böyrək şikayəti xəstəliyi ilə müraciət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövründə isə daşyaranma riski yüksək deyil. 1500 hamilə qadından birində yenidən daş yaranır. Çünki hamiləlik zamanı estrogen miqdarı artır və bu daşyaranmanın qarşısını alır. Bir də əgər daş müalicə olunubsa və ya əməliyyatla götürülübsə, 5 il ərzində təkrar yaranma riski 50 fazidir".скачать dle 11.3
Mojo.az Banner