Bunu etsəniz, övladlarınız faciələrlə üzləşəcək - Valideynlərə XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 İranda güclü ZƏLZƏLƏ  |     22:55 Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı: Polis hərəkətə keçdi  |     22:49 İtkin düşən Cəlilabad sakini tapılıb  |     22:44 Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi  |     22:38 Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü  |     22:33 BMT: Dünyanın təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ili qalıb  |     22:25 Putin Üçüncü dünya müharibəsi təhlükəsindən danışdı  |     22:20 Yerin altında nə baş verir: Böyük partlayışa hazırlaşır?  |     22:12 30 min dollarlıq tender dələduzluğu  |     22:07 Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu  |     21:59 Putin: "Dünya nizamı istənilən halda dəyişəcək"  |     21:54 İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi  |     21:43 Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək  |     21:39 Məhkəmədə Bako Saakyandan Aprel döyüşləri ilə bağlı etiraflar  |     21:38 "Data Plus" ləğv olunur  |     21:31 Ukrayna Rusiyada PUA istehsalı ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib  |     21:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:26 İzmirdə meşə yanır, 5 təyyarə, 7 helikopter cəlb olunub  |     21:18 MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib  |     21:13 İranda İsrail əleyhinə etiraz aksiyaları keçirilib  |    

Bunu etsəniz, övladlarınız faciələrlə üzləşəcək - Valideynlərə XƏBƏRDARLIQ

Müasir valideynlərin tez-tez "bizim dövrümüzdə şagirdlər belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar.

Son günlər Azərbaycan məktəblərində baş verən biabırçı hadisələr də göstərir ki, yeniyetməlik dövrü çətindir.

Bəs psixoloji dəyişikliklər özünü hansı davranışlarda büruzə verir? Yeniyetmələr bu dövrdə nələr hiss edirlər?


Median.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Könül Əhmədova bildirib ki, bu problemlərin kökü məhz ailələrdədir:

"Bu gün şagirdlərin kobud davranışı aktual məsələlərdən biridir. Bütün bu problemlər əvvəlcə ailədə, daha sonra tərbiyə ocaqlarında yaranır. Belə halların qarşısını almaq üçün valideynlərin uşaqları üzərində təlim-tərbiyəsi güclü olmalıdır. Valideynlər birinci özlərinə, sonra isə evdəki uşaqlarına qarşı düzgün olmalıdırlar. Yeniyetmələrin üzərinə çox getmək olmaz. Onların yaşam tərzi, geyim tərzi, seçdiyi filmlər, yediyi yeməklər, oturub-durduqları dostları, rəfiqələri düzgün olmalıdır. Bütün bunlara ailədaxili diqqət yetirilməlidir. Bu gün hər iki valideyn işə getməyə, ailə büdcəsinə yardım etməyə məcbur olduğu üçün uşaqlar özbaşına böyüyür. Yeniyetməlik dövrü də keçid dövrü olduğu üçün bu ərəfədə özbaşına böyümək ciddi problemlər yaradır və bu tip hadisələr baş verir. Təbii ki, bu hər ailəyə aid deyil, amma əksəriyyətdə bu cür olur. Mən dəfələrlə demişəm ki, hər ailənin öz psixoloqu olmalıdır. Məktəblərdə imkan verilməlidir ki, psixoloqlar öz işlərini yerinə yetirsinlər, anket sorğuları aparsınlar, valideynlərlə bərabər işləsinlər. Valideynlər də öz uşaqları ilə ailədaxili işləməlidirlər".

Psixoloq qeyd edib ki, yeniyetməlik dövründə uşağa sərt reaksiyanın verilməsi dəhşətli hadisələrlə nəticələnə bilər:

"Ümumiyyətlə, valideynlər öz övladlarında hər hansı narahatlıq gördükdə dərhal uşağın üzərinə getməməlidirlər. Çünki yeniyetməlik keçid dövrüdür və onlar ani qərarlar verə bilirlər. Bu qərara intihar, başqasına təcavüz etmək, həyatdan qisas almaq kimi davranışlar aid ola bilər. Ona görə də valideynlər çox təmkinli olmalı və düşünməldirlər ki, özləri hansı səhvi edib ki, uşaq da bu addımı atıb. Onlar aydınlaşdırmalıdır ki, uşağın nəyi çatmır ki, məhz bu yolu seçib. Onlar psixoloqlara, böyüklərə müraciət etməlidirlər. Dərhal təpki göstərmək olmaz! Belə etdikdə yeniyetmə əks istiqamətdə hərəkət etməyə başlayır". скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            810 26.02.24 21:53