Mojo.az Banner
11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xarici valyutada saxlanılan əmanətlərin həcmi açıqlandı

29.10.2025 10:40 507
Azərbaycanda xarici valyutada saxlanılan əmanətlərin həcmi açıqlandı
Azərbaycanın bank sektorunda öhdəliklərin əsas hissəsini depozitlər təşkil edir.

Median.Az
Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, cari ilin sentyabr ayında bankların cəmi öhdəliklərinin 74.7%-i və ya 36 milyard 587.8 milyon manat depozit portfelinin payına düşüb.

Depozit portfelinin 58%-i (21 milyard 210.8 milyon manat) hüquqi şəxslərin, 42%-i (15 milyard 377 milyon manat) isə fiziki şəxslərin depozitlərindən ibarətdir. Fərdi sahibkarların depozitləri bu hesablamaya daxil edilmir.

Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10 milyard 404.8 milyon manat) milli valyutada, 32.3%-i (4 milyard 972.2 milyon manat) isə xarici valyutada saxlanılır.

Hesabat dövründə fiziki şəxslərin əmanət portfelinin 63.2%-ni (9 milyard 720.2 milyon manat) müddətli əmanətlər təşkil edib. Sentyabr ayında bu kateqoriyada 1.7% və ya 159.5 milyon manat artım qeydə alınıb. Tələbli əmanətlər isə 2.4% və ya 131.4 milyon manat yüksəlib.скачать dle 11.3
Mojo.az Banner