Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda gimnaziya şagirdləri niyə sinifsiz qalıblar? - Rəsmi açıqlama

23.10.2025 12:17 489
Sumqayıtda gimnaziya şagirdləri niyə sinifsiz qalıblar? - Rəsmi açıqlama
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri sinif otaqları ilə bağlı problem yaşayırlar. Bu barədə valideynlər şikayət ediblər. Bir neçə həftə əvvəl məktəbdə baş verən qəza səbəbindən binada tədris dayandırılıb və təmirə başlanılıb. Lakin iki həftə keçməsinə baxmayaraq, gimnaziya şagirdləri üçün uyğun tədris binası hələ də ayrılmayıb. Hazırda uşaqlar "İstedad" liseyinə yerləşdiriliblər, lakin valideynlər oradakı şəraitin normal olmadığını bildirirlər. Onlar gimnaziya şagirdlərinin normal və sağlam şəraitdə təhsil alması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri prioritet istiqamətlərdəndir:

"Son iki il ərzində idarənin tabeliyindəki 35 məktəbdə cari, 3 məktəbdə əsaslı təmir işləri aparılıb, 2 məktəb binası isə tamamilə yenidən tikilərək istifadəyə verilib.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın binası texniki baxımdan tələblərə cavab vermədiyindən, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə onların köçürülməsi qərara alınıb. Dərs prosesi dayandırılmadan, gimnaziya şagirdləri müvəqqəti olaraq "İstedad" liseyinə yerləşdiriliblər.

Hazırda tədrisin fasiləsiz təşkili üçün zəruri tədbirlər görülür. Təhsil prosesinin davamlılığı, şagird sıxlığının normativlərə uyğunluğu, həmçinin təhsilalanların sağlam və təhlükəsiz şəraitdə dərs keçmələri Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzarətində saxlanılır".

Məlumatda əlavə olunub ki, gimnaziyanın binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumat "Yeni Müsavat"da yayımlanıb.скачать dle 11.3
Mojo.az Banner