Mojo.az Banner
21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |    
Left Banner
Right Banner

Bu lisey və gimnaziyalara qəbul başlayır - Siyahı

26.05.2025 20:56 624
Bu lisey və gimnaziyalara qəbul başlayır - Siyahı
2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.

Median.Az xəbər verir ki, bu haqda Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir” bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Qeyd edək ki, qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında "Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, Texniki humanitar lisey;
Bakı şəhəri, 291 nömrəli "Ekologiya” liseyi;
Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhər, "Təfəkkür” liseyi;
Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.
скачать dle 11.3
Mojo.az Banner