Mojo.az Banner
SON DƏQİQƏ
11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək - RƏSMİ

16.09.2025 20:24 573
Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək - RƏSMİ
Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir: "Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib".

"Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır.

Eyni zamanda qeyd edirik ki, Siyəzən rayonu Vüqar Qasımov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin istismara yararsız vəziyyətdə olması ilə əlaqədar məktəb növbəti ilin təmir planına daxil edilib. Mövcud şərait nəzərə alınaraq, həmin məktəbdə təhsil alan şagirdlərin bir qismi Siyəzən rayonu Gilgilçay stansiya tam orta məktəbinə, digər bir qismi isə Gilgilçay qəsəbə tam orta məktəbinə köçürülüb

Lakin Gilgilçay stansiya tam orta ümumtəhsil məktəbinin də təmirə bağlanması səbəbilə həmin şagirdlərin Siyəzən şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində təhsillərini davam etdirmələri üçün zəruri tədbirlər görülüb. Şagirdlərin yeni təhsil müəssisəsinə təhlükəsiz və rahat şəkildə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən tam təmin olunur"- qurumdan vurğulanıb.скачать dle 11.3

Son xəbərlər