Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video

22.10.2025 11:59 522
Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video
7 kiloqram 930 qram narkotik vasitə və 6000 ədəd psixotrop tərkibli həbin Bakı şəhəri ərazisində satışının qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb.

"Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi "Mercedes" markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi tapılaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində "İkram" kimi təqdim olunan şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.

Törətdiyi cinayət əməllərinə görə həbs olunan M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər