Mojo.az Banner
16:21 "Arsenal"ın hücumçusu zədəsini sağalda bilmir  |     16:21 Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı  |     15:58 Cəriməsi 82 manatdır deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi  |     15:50 Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb  |     15:49 Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı  |     15:45 Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib  |     15:22 Arayik Arutyunyan: "Kəlbəcərdəki tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir"  |     15:21 Rayon və kəndlərdə tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir  |     15:20 Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI  |     15:19 Yarım milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbərinin məhkəməsi başlayıb  |     14:58 Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb  |     14:49 Şahin Bağırov idarə rəisini İŞDƏN ÇIXARDI  |     14:43 "Qarabağ" 10 min manat cərimə ödəyəcək  |     14:23 Abşeronda gənc oğlan işlədiyi sexdə dəmirin altında qalıb öldü  |     14:02 Zərdabda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb  |     13:57 Ukraynada azərbaycanlı həlak oldu  |     13:04 Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrılıb  |     12:55 Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     12:41 Milli Məclis Amnistiya Aktını qəbul edib - TAM SİYAHI  |     12:30 Paytaxtda partlayıcı vasitələrin satıldığı anbar aşkarlanıb (Video)  |    
Left Banner
Right Banner

Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

04.10.2021 16:50 1 065
Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha doqquz nəfər saxlanılıb, onlardan 36 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, idarənin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində keçirdikləri tədbir zamanı əvvəlcə paytaxt sakini İsmayıl Qədirov saxlanılıb.

Onun üzərinə baxış zamanı 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkar edilib.

Binəqədi rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Məzahir Musayev də saxlanılıb. Onun üzərindən 24 qram, idarə etdiyi “Ravon” markalı maşından isə 2 kiloqram 50 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha üç nəfər - Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev saxlanılıblar. Bu şəxslərin üzərində ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Nicat Quliyevin yaşadığı evdən 19 kiloqram 845 qram heroin və 635 qram metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyevin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Onların əsas məqsədləri müxtəlif vasitələrlə əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Bu şəxslər həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırılmasına da nəzarət ediblər. Bununla saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsini həyata keçiriblər.

Həmin şəxslərin ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan digər sübutlar vasitəsi ilə onların cinayətləri təkzibedilməz faktlarla sübuta yetirilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlayn yolla satışı ilə məşğul olan 4 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Nicat Bağırov, Məzahir Nuriyev, Ağarza Tağıyev, eləcə də Səfail Rzayev paytaxt və Lənkəran şəhəri ərazilərində tutulublar. Nicat Bağırovdan 3 kiloqram yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkar edilib. Məzahim Nuriyevin üzərindən və idarə etdiyi avtomobildən isə 4 kiloqram 143 qram heroin, 367 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin, 300 ədəd psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Ağarza Tağızadə və Səfail Rzayevdən isə ümumilikdə 25 qram heroin və metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 36 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr, həmçinin 300 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.скачать dle 11.3