Azərbaycana 15 kiloqrama yaxın narkotik gətirən şəxslər tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:45 BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun həddə saxlanılır  |     19:37 İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib  |     19:32 Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:24 Füzulidə keçmiş həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     19:19 Yaponiyanın müdafiə naziri 10 il sonra ilk dəfə Cənubi Koreyaya səfər edə bilər  |     19:11 Qazaxıstan mühəndisləri də Xəzərin dibini tədqiq etməyə başlayıblar  |     19:03 "Airbus" sifarişləri iyul ayında 29 dəfə azalıb  |     18:57 İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır - Prezidentin köməkçisi  |     18:31 Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq  |     18:20 Ağdamda fəaliyyət göstərən pendir sexində nöqsanlar aşkarlanıb  |     17:58 Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib - SƏBƏB  |     17:54 Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi  |     17:43 Bu tarixdə gözünüz göydə olsun - Planetlərin paradı olacaq  |     17:38 İsrail havadan zərbə ilə Fələstindəki partiyalardan birinin üzvünü öldürüb  |     17:22 Həftəsonu yağış yağacaq - XƏBƏRDARLIQ  |     17:13 Bərdə-Xankəndi istiqaməti üzrə avtobus reyslərinin sayı artırılır  |     17:02 Lukaşenko Putin, Tramp və Zelenskinin görüşünü təşkil etmək istəyir  |     16:52 Kolleclərə qəbulun nəticələri açıqlandı  |     16:42 "Euronews": "Azərbaycan və Ermənistan sülh müqaviləsini Rusiyasız bağlaya bilər"  |     16:38 Daşkəsəndə ailə münaqişəsi - Otuz yaşlı qadın baltalanıb  |    

Azərbaycana 15 kiloqrama yaxın narkotik gətirən şəxslər tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.


Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb.

Şəxsi axtarış aparılan zamanı onun üzərindən dörd qram, yaşadığı evdən isə 7,060 kiloqram heroin və 3,260 kiloqram metamfetamin aşkar olunaraq, götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə paytaxt sakini Emil Cəlilov saxlanılıb. Onun üzərindən 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Emil Cəlilovun yaşadığı evdə əlavə 665 qram heroin və 288 qram metamfetamin aşkarlanıb.

O, ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə tanışı Toğrul Talışlıdan aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 3 qram metamfetamin və 7 qram marixuana aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Atakişi Məmmədov saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin, yaşadığı evdən isə əlavə 1,088 kiloqram heroin, 395 qram qurudulmuş marixuana, 269 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfində Nəsimi rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Murad Axundov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 qram heroin, idarə etdiyi avtomobildən isə 1,020 kiloqram heroin və 140 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Son əməliyyatlar nəticəsində 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və gizlədiblər. Onlar narkotik vasitələri İran vətəndaşlarının deyəcəkləri adamlara satmalı və pulun bir hissəsini geri göndərməli imişlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunub.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 344 22.07.20 15:06