Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? - AÇIQLAMA  |     22:54 Sərnişinlərə “Bakıkart” terminalları ilə bağlı ŞAD XƏBƏR  |     22:44 Bakıda 16 yaşlı yeniyetmə gömrükçünü belə öldürüb - VİDEO  |     22:39 Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda piyada keçidi tikilir  |     22:30 16 yaşlı pilot iki aya 19 ölkəyə səfər etdi  |     22:25 Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib  |     22:16 Puqaçovaya hər ay Rusiyadan bu qədər pul gəlir  |     22:10 Elektrikli nəqliyyat vasitələrində inqilab yarada bilər: Dörd dəfə daha soyuqda işləyir  |     22:05 Mis qiymətləri bahalaşır: Treyderlər yeni rekord proqnozlaşdırır  |     21:58 Azərbaycanda siqaret istehsalı artır  |     21:50 Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı - FOTO  |     21:42 Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı - VİDEO  |     21:26 Rusiya Tbilisiyə 253 milyon avro təzminatı ödəyəcək? - Peskov açıqladı  |     21:19 Tanınmış müğənni infarkt keçirdi  |     21:11 Saray qəbirstanlığında güldan oğurluğu  |     21:04 BMT Qəzzanın bərpası üçün lazım olan məbləği açıqladı  |     20:58 Ən çox əməkhaqqını onlar alır (SİYAHI)  |     20:51 Bu il nə qədər avtomobil utilizasiyaya verilib? (VİDEO)  |     20:46 Almaniya Ukraynaya 2 milyard dollardan çox əlavə yardım edəcək  |     20:37 Azərbaycan hərbi qulluqçuları "Eternity-2025" təlimində iştirak edir  |    

Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? - AÇIQLAMA

Məlum olduğu kimi moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib. Müşahidə edilən odur ki, bu gün mopedlərin törətdiyi qəzalarla bağlı çoxsaylı şikayətlər qanuna dəyişikliyi zərurətə çevirir.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bəzi hallarda moped idarə edən şəxslərin yol-hərəkət qaydalarına biganə yanaşdıqları müşahidə olunur

Onun sözlərini görə, həmin şəxslər həm real qəza şəraitləri yaradır, həm də özlərinin həyatını və sağlamlığını təhlükəyə atırlar: “Bax bu istiqamətdə işlər görülməlidir və onlara hansısa bir üsulla nəzarət olmalıdır. Dünyada da bununla bağlı təcrübələr var”.

Hüquqşünas bəzi ölkələrdə hətta velosiped sürücülərinə də nəzarət edildiyini xatırladıb: “Onları da çox sadələşdirilmiş qaydada sorğu-sual edirlər, yol-hərəkət qaydaları ilə bağlı biliklərini lazımlı səviyyədə saydıqdan sonra yola buraxırlar”.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, moped sürücülərinin sürücülük vəsiqəsi ilə bağlı məsələ bu gün daha çox aktuallaşıb. Onun sözlərinə görə, çünki onlar indiyədək dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıblar:

“Daha da şiddətli və kobud qayda pozuntularına yol verdilər və nəticə etibarilə artıq aidiyyəti qurumlar bu istiqamətdə qanun layihəsinin hazırlanmasını zəruri gördülər. Beləliklə, bu gün tələb olunan 3 əsas variant var: birincisi onlara sürücülük vəsiqəsinin verilməsidir, digəri mopedin dövlət qeydiyyatına alınmasıdır, üçüncü mərhələ isə mopedə dövlət nömrə nişanının verilməsidir”.

Ekspert söyləyib ki, hər bir şəxs sürücülük hüququna sahib olmaq üçün isə bilik və bacarıqlarını ortaya qoymalıdır: “Təbii ki, sürücülük vəsiqəsini alarkən artıq müəyyən biliklərə sahib olur, ən azından indiki xaotik vəziyyət yaranmır, manevr qaydalarına, işıqforun tələblərinə əməl edirlər, piyadaların üstünə sürmürlər. Son illərin göstəricilərinə nəzər yetirdikdə, neçə dəfələrlə piyadanın mopedlə vurulmasının şahidi oluruq. İndiyədək avtomobilinin moped tərəfindən vurulduğu, əzildiyi, hansısa detalına zərər yetirildiyi və ən pisi isə həmin moped sürücüsün hadisə yerindən qaçdığı barədə çoxsaylı müraciətlər mövcuddur. Bakının o istiqaməti yoxdur ki, moped və motosikletlərdən şikayət gəlməsin. Respublikanın, demək olar ki, hər yerindən artıq bu tip şikayətlər gəlir. İndi belə adamları da aşkarlamaq mümkün olmur. Çünki adətən xüsusi texniki vasitələrlə - kameralarla aşkarlamaq lazım gəlir. Bunların özlərinin hər hansı bir nömrəsi və fərqləndirici bir elementi olmadığına görə aşkarlamaq mümkün olmur”.

E.Muradlı vurğulayıb ki, qanun qəbul olunandan sonra bütün bunlar dövlət qeydiyyatına alınacaq: “Təbii ki, bir çoxları imtahan verə bilməyəcək. Moped qeydiyyata salınanda nömrə alınacaq. Məlum olacaq ki, kamerada cərimə gəlir və yaxud da nəsə bir xuliqanlıq edibsə, həbs cəzasına qədər məhkum olunacaq. Ona görə bir çoxları da bundan uzaqlaşacaqlar”.

Xatırladaq ki, bu ilin 9 ayı ərzində moped və motosikletin iştirakı ilə baş verən 32 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Baş Dövlət Yol Polisi İdarəsi xatırladıb ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.(iqtisadiyyat.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 15.10.25 23:00