Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Xocavənddə MON-50 tələ minası aşkarlandı

09.10.2025 20:44 579
Xocavənddə MON-50 tələ minası aşkarlandı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib.

ANAMA-dan verilən məlumata görə, meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir.

Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub.

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.

Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşları tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Son xəbərlər