Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda qatarların hərəkətində GECİKMƏ - Nə baş verib? (Video)

09.10.2025 12:41 1 143
Bakı metrosunda qatarların hərəkətində GECİKMƏ - Nə baş verib? (Video)
Bu gün səhər saatlarında metro qatarlarının hərəkətində ləngiməyə aydınlıq gətirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında xətlərdə yubanmalara səbəb "Elmlər Akademiyası" stansiyasında vaqon qapısına edilmiş kənar müdaxilə olub.

"Qatara baxış keçirib, qapılarda heç bir problem aşkarlanmasa da, maşinist təlimat tələblərinə uyğun olaraq, qapıların sərnişinsiz hərəkət zamanı bir də yoxlanmasına qərar verib. Mənzil boyunca qapılar normal vəziyyətdə çalışdığından, qatar "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır. Nəticədə xətdə yaranmış cüzi yubanmalar qısa müddət ərzində aradan qaldırılıb.

Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yenilik qatarların hərəkət dəqiqliyinə əməl olunmasını tələb edir. Metropolitenin "Yaşıl" və "Qırmızı" xətləri kəsişərək birləşdiyindən bu təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamı və sərnişin rahatlığının pozulmasına gətirib çıxarır.

Sərnişinlərdən xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verməsinlər", - deyə B.Məmmədov bildirib.

* * * * *

Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.


Bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.

Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.

"Hətta stansiyalararası tunellərdə də dayanmışıq", - deyə sərnişin yazıb.

Digər sərnişin isə yazıb: "Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?"

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil.

Son xəbərlər