Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın sursat tələbatını 50 faizədək bu ölkə təmin edir – Kəşfiyyat

06.10.2025 21:59 690
Rusiyanın sursat tələbatını 50 faizədək bu ölkə təmin edir – Kəşfiyyat
Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Şimali Koreya Rusiyanın sursat tələbatının 35–50 faizini təmin edir.

Qaynarinfo xəbər verir ki, bunu "Ukrinform”a açıqlamasında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı Oleq Aleksandrov bildirib.

"Hazırda Şimali Koreya Rusiyanın sursat ehtiyacının 35–50 faizini təmin edir, ayda 152 və 122 mm-lik 200–260 min mərmi göndərir”, - o deyib.

Aleksandrov xatırladıb ki, Pxenyan Rusiyaya buraxılış qurğuları və qısa mənzilli ballistik raketlər – KN-23 və KN-24 – verib, Rusiya bu silahlarla Ukraynanın şəhərlərini atəşə tutur.

Onun sözlərinə görə, Rusiya və Şimali Koreya Ukrayna ilə müharibədən həm də Şimali Koreya silahlarının döyüş şəraitində sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üçün istifadə edir. Buraya, xüsusən, sovet istehsalı "Konkurs” tank əleyhinə raket kompleksinin modernləşdirilmiş versiyası olan "Feniks-2”, uzaqmənzilli Bulsae-4 tankəleyhinə kompleks və 600 mm-lik KN-25 reaktiv yaylım sistemləri daxildir.

Kəşfiyyatın qiymətləndirməsinə görə, Rusiyanın Kursk vilayətində 8,5–13 min nəfərlik şimali koreya hərbi kontingenti yerləşdirilib. Bu, Rusiyaya Ukraynaya qarşı döyüşlərdə eyni sayda öz qüvvələrini azad etmək imkanı verir.

Bundan başqa, sentyabr ayında Pxenyanın əlavə qüvvə göndərməsi barədə bəyanatından sonra Kursk vilayətinə 1 min şimali koreyalı hərbçinin, o cümlədən 1 min minatəmizləyici və 5 min hərbi inşaatçının göndərildiyi qeydə alınıb.

Kreml həmçinin səfərbərlik tədbirləri nəticəsində azalan əmək qabiliyyətli əhalinin yerini doldurmaq üçün Şimali Koreyadan gələn əmək miqrantlarını fəal şəkildə cəlb edir. Kəşfiyyatın məlumatına görə, hazırda Rusiyada 17,8 mindən çox şimali koreyalı işçi çalışır. Eyni zamanda, daha 26 min nəfərin cəlb edilməsi planlaşdırılır, onlardan 6 mininin müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində tikinti işlərinə göndərilməsi nəzərdə tutulur.

Son xəbərlər