Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU

27.09.2025 22:52 483
Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU
Rusiyada Milli Qvardiyanın daha bir yüksək rütbəli zabiti azərbaycanlı general Mirzə Mirzəyevin işi üzrə saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Rosqvardiyanın arxa təminat departamentinin geyim təminatı idarəsinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Busıgin istintaqın vəsatəti ilə məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, arxa təminat departamentinin keçmiş müvəqqəti rəhbəri, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev isə ötən ilin noyabrından bəri xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunaraq istintaq təcridxanasında saxlanılır.

Mirzəyevin işi üzrə həmçinin Gürcüstan əsilli Mahir Səfərov da keçir. O, “Demi̇s” ASC-nin baş direktor müavini və faktiki sahibi sayılır. Şirkət Rusiyada və Türkiyədə ayaqqabı istehsal edən iri müəssisələrə malikdir. Səfərova rüşvətdə vasitəçilik ittihamı irəli sürülüb və o da həbs olunub.

Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib. Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.скачать dle 11.3
Mojo.az Banner