Mojo.az — elanlar
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

1970-ci ildən davam edən miras mübahisəsi - 55 ildir bitməyən mübarizə

26.09.2025 22:22 624
1970-ci ildən davam edən miras mübahisəsi - 55 ildir bitməyən mübarizə
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda, Təhlükəsizlik Xidməti Meşə Baş İdarəsi ilə yüzlərlə mirasçı arasında 1970-ci ildən bu yana davam edən torpaq mübahisəsi 55 ildir həllini tapmayıb.

Qaynarinfo xəbər verir ki, təxminən 4 min hektarlıq 50-yə yaxın torpaq parselini əhatə edən mübahisəli ərazilərin dəyərinin 5 milyard dollar civarında olduğu bildirilir.

"Arapsuyu davası" adı ilə tanınan məhkəmə prosesi, 1970-ci ildə bölgədə aparılan kadastr işləri zamanı orman sərhədlərinin müəyyənləşdirilməsi ilə başlayıb. İlk kiçik miqyaslı davalar isə 1947-ci ilə qədər uzanır. 1989-cu ildə Ali Məhkəmə müxtəlif parsellerlə bağlı davam edən işləri birləşdirib.

Mübahisəli torpaqlar Konyaaltının Arapsuyu, Uncalı və Öğretmenevleri məhəllələrinin böyük hissəsini, qismən isə Altınkum və Siteler məhəllələrini əhatə edir.

Davanın həm tərəfləri, həm də mirasçıların sayı illər ərzində artdığından, işin həllini daha da çətinləşdirir. Vəkil Ali Karaca bildirib: "50-yə yaxın parseldən söhbət gedir. Onlara dair müxtəlif tərəf iddiaları var. Yeni mirasçıların ortaya çıxması səbəbindən məhkəmə tərəflərin tam siyahısını belə çətinliklə müəyyənləşdirir. Keçən yay keçirilən məhkəmə baxışı 4 gün çəkdi. Çox parsel və çox mirasçı olduğundan yaxın zamanda nəticə gözləmək mümkün deyil".

Mübahisəli ərazilərin bir hissəsində əvvəllər tikililər salınsa da, böyük sahələr illər ərzində makilik və şam ağacları ilə örtülüb. Təxminən iki il əvvəl əraziyə dair "Ətraf mühit və şəhərsalma nazirliyi" tərəfindən aparılan araşdırma nəticəsində bölgə SİT elan olunub. Bu qərar mirasçıların ərazilər üzərində mülkiyyət hüququnu əldə etməsini daha da mürəkkəbləşdirib.

2025-ci ilin 3 iyununda isə prezident fərmanı ilə Konyaaltı rayonunun Uncalı ormanlıq ərazisi "Təbii SİT – davamlı qoruma və nəzarətli istifadə sahəsi" kimi qeydiyyata alınıb.

20 ildir prosesi izləyən vəkil Karaca qeyd edib: "Bu torpaqlar Konyaaltının ən qiymətli bölgəsində yerləşir. Turizmin və şəhərsalmanın çox intensiv olduğu bir yerdə, böyük boşluq təşkil edən bu ərazilərin dəyərinə qiymət qoymaq mümkün deyil".

Son xəbərlər