Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaponiyada 1992-ci ildən indiyədək ən böyük meşə yanğını altı gündür davam edir

04.03.2025 19:36 1 266
Yaponiyada 1992-ci ildən indiyədək ən böyük meşə yanğını altı gündür davam edir
Yaponiyanın şimal-şərqindəki İvate prefekturasında 1992-ci ildən indiyədək ən böyük yanğın olduğu güman edilən meşə yanğını artıq altıncı gündür, davam edir.

Martın 4-də səhər saatlarına olan məlumata görə, yanğının sahəsi son 24 saat ərzində təxminən 500 hektar artaraq 2,6 min hektara çatıb.

Hadisə zamanı hələ məlum olan bir ölüm var, itkin düşənlərin sayı isə dəqiqləşdirilir. Bundan əlavə, 90-a yaxın yaşayış və ticarət obyekti yanğın nəticəsində dağılıb və ya zədələnib.

Yanğının söndürülməsinə ölkənin hər yerindən yanğınsöndürənlər və Yaponiya özünümüdafiə qüvvələrinin üzvləri cəlb olunub. Hadisə yerində 2 000-dən çox xilasedici və yanğınsöndürən işləyir, yanğının söndürülməsinə 15 helikopter cəlb olunub.

Təxminən 5 min sakin təxliyə ilə bağlı tövsiyələr alıb, 1,2 minə yaxın insan təxliyə mərkəzlərinə köçürülüb. 1,8 minə yaxın bina işıqsız qalıb.
//report

Son xəbərlər