Mojo.az Banner
13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |     12:53 “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”  |     12:52 Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı  |     12:51 Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO  |     12:48 Paytaxtda yol cizgisinə müdaxilə edən şəxslər məsuliyyətə cəlb olundular - Video  |     12:45 Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanıldı  |     12:34 Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”  |     12:19 DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO  |     12:16 Tramp və Si Cinpinin rəsmi şam yeməyində kim iştirak edəcək?  |     12:06 Əmtəə və maliyyə məhsul şəhadətnamələri arasındakı fərq müəyyənləşdirilir  |     11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB: Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib

18.09.2025 18:59 567
TƏBİB: Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 7 917 064 tibbi xidmət göstərilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Xidmətlərdən 960 871-i stasionar, 6 956 193-ü ambulator olub.

Məlumata əsasən ötən ay 1 956 902 müraciət qeydə alınıb, bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb. Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 002 olub. Onlardan 28 690-u stasionar, 2 312-si ambulatordur.скачать dle 11.3
Mojo.az Banner