Mojo.az Banner
17:16 Kolleclərin qabiliyyət imtahanlarında abituriyentlərin sayı artıb  |     17:10 Müharibədən bəri Kiyev Avropadan bu qədər pul alıb  |     16:56 Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq  |     16:46 Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı  |     16:38 "Qiyamət günü" radiostansiyası qeyri-adi şifrələnmiş mesajlar göndərib  |     16:12 Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun ifşası (Video)  |     16:10 Bakıda iki sərnişin avtobusu TOQQUŞUB - FOTO  |     16:09 "Makron terror fəaliyyətlərində şəxsən iştirak edir" - Zaxarova  |     15:49 Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir  |     15:31 Ceyhun Bayramov: "Zərurət yaranarsa, dost Ukraynaya qaz tədarükündən məmnun olarıq"  |     15:17 Şamaxıda çoban nənəsini söyən arvadını çomaqla döydü  |     15:08 Məhərrəmlik bitir: Toy qiymətləri ARTACAQ? - Şadlıq saraylarında SON VƏZİYYƏT  |     15:00 Azərbaycan nefti ucuzlaşıb  |     14:54 Gəncədəki kütləvi davanın TƏFƏRRÜATI - Gəncləri ayırmağa çalışarkən ÖLDÜRÜLDÜ - FOTO (Yenilənib)  |     14:13 Bu yolla pensiyanız arta bilər — Akif Nəsirli  |     14:05 Azərbaycanda hansı mistik xidmətlərin reklamı qadağandır? —2000 manat CƏRİMƏ  |     12:59 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     12:52 Astarada 18 kiloqram narkotik vasitə aşkarlandı  |     12:40 FHN-dən çimərliyə gedənlərə XƏBƏRDARLIQ  |     12:33 Bakıda ofisdən meyit tapıldı  |    
Left Banner
Right Banner

Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib

15.10.2025 22:25 477
Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib
Son illərdə Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin həcmində sabit artım dinamikası müşahidə olunur.

TƏBİB tərəfindən aparılan statistik təhlillər göstərir ki, ölkəmizdə tibbi xidmətlərdən yararlanan xarici vətəndaşların sayı ilbəil artmaqda davam edir və bu sahə üzrə müsbət tendensiya qeydə alınır.

2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü ildə bu göstərici 57 077 nəfər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı proqnozlaşdırılır.

Ümumilikdə son üç ildə 158 539 xarici vətəndaşa tibbi xidmət göstərilib. Ən çox tibbi xidmət alan vətəndaşlar isə əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub. Təkcə 2025-ci ilin ilk doqquz ayında Rusiyadan 15 491, Gürcüstandan isə 9 510 nəfər vətəndaş ölkəmizdə müalicə alıb.

Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərin strukturu geniş və müxtəlif ixtisaslaşmış sahələri əhatə edir. 2025-ci ilin ilk doqquz ayı ərzində 20 413 nəfər ixtisaslaşdırılmış ambulator tibbi xidmətlərdən, 16 916 nəfər laboratoriya xidmətlərindən yararlanıb. Eyni dövrdə 244 cərrahi əməliyyat, eləcə də yüzlərlə fizioterapiya və invaziv radioloji (angioqrafiya) xidmət göstərilib.

Habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətində məhz turistlərə göstərilən xidmətdə rahat ünsiyyətin təmin olunması məqsədilə ingilis və rus dillərini bilən tibbi personallar formalaşdırılıb. Bundan əlavə, Bakı, Qəbələ, Naftalan, Quba və Şəki kimi turizm mərkəzlərində isə tibbi xidmətin sayı və çeşidi, xidmət əlçatanlılığı mütəmadi olaraq təkmilləşdirilir.

Qeyd olunan göstəricilər Azərbaycanın regionda səhiyyə turizminin cəlbedici istiqamətlərindən birinə çevrildiyini təsdiq edir. Bütün bunlar ölkəmizdə dövlət tibb müəssisələrinin yüksək texnoloji imkanlara, müasir avadanlıqlara və peşəkar kadr potensialına malik olduğunu göstərir.скачать dle 11.3
Mojo.az Banner