Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il neçə nəfər icbari tibbi sığortadan yararlanıb? - AÇIQLAMA

04.02.2021 14:10 1 857
Ötən il neçə nəfər icbari tibbi sığortadan yararlanıb? - AÇIQLAMA
“Nazirlər Kabinetinin qərarına əsasən, dövlət büdcəsindən İcbari Tibbi Sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi ərazilər üzrə 90 manat sığorta haqqı ayrılıb. Nəticədə 23 şəhər və rayonda 2 milyon 256 min sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib”.

Bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, sığorta olunanların xidmətlər zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına tibbi xidmətlərlə təmin edilməsi əhalinin səhiyyə xərcləri ilə bağlı yükünü azaldıb:

“Bu ərazilərdə xidmət göstərən dövlət tibb müəssisələrindən agentliyə verilən ilkin hesabata görə, 2020-ci il ərzində 1 milyon 147 min 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 milyon 170 min 432 dəfə müraciət edib”.

“Ən çox müraciət olunan şəhər və rayonlar üzrə ilk 5-lik müəyyən olunub. İlk sırada Mingəçevir şəhəri üzrə 449 min 837, Xaçmaz rayonu üzrə 348 min 856, Ağdaş 328 min 756, Zaqatala 291 min 814, Yevlax 275 min 779 müraciət qeydə alınıb”, - deyə o qeyd edib.

O bildirib ki, bu müraciətlər üzrə 8 milyon 339 min 508 sayda tibbi xidmət göstərilib və bu ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50 faizi tibb müəssisələrinə müraciət edərək bu xidmətlərdən yararlanıb.

“Müraciətlərin çoxu isə tibbi müayinə, qan dövranı sistemi, tənəffüs sistemi, endokrin sistem xəstəlikləri maddələr mübadiləsi və qidalanma pozğunluğu xəstəlikləri, həzm sistemi xəstəlikləri ilə bağlı olub”,- deyə agentlik sədri vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner