Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandakı həbsxanalarda 25 ölüm faktı: Ağır xəstə olan məhkumların sayı AÇIQLANDI

24.09.2024 16:59 1 503
Azərbaycandakı həbsxanalarda 25 ölüm faktı: Ağır xəstə olan məhkumların sayı AÇIQLANDI
Mediada yayılan xəbərlərin statistikasına görə, cari il ərzində Bakı həbsxanalarında məhkumlar arasında 25 ölüm faktı qeydə alınıb. İnsanlar arasında məhkumlar arasında ölüm hallarının artması ilə bağlı iddialar yayılır.

Bəs görəsən məhkumlar arasında baş verən ölümlərin sayının artması ilə bağlı iddialar nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı oxu.az olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Penitensiar müəssisələrdə tibbi xidmət hər bir məhkum üçün əlçatandır:

"Belə ki, bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələri fəaliyyət göstərir. Eyni zamanda tibb-sanitar hissələrində stasionar şəraiti olan çarpayı fondu var. Daxil olan hər bir məhkum ilkin həkim müayinəsindən və sanitar təmizləmədən keçirilir, adına fərdi tibbi kitabça açılaraq sağlamlıq durumu barədə məlumatlar qeydiyyata alınır. Gün ərzində məhkumlar səhhəti ilə bağlı şikayətləri ilə əlaqədar tibb - sanitar hissələrinə müraciət edə bilər. Orada məhkumlar həkim müayinəsindən keçirilərək müvafiq ambulator və stasionar müalicə alırlar".

Məlumatda vurğulanıb ki, məhkumlar müxtəlif ixtisaslı həkim-mütəxəssislərlə yerində konsultasiya olunaraq ehtiyac olduqda Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tabeçiliyində olan çoxprofilli müalicə müəssisəsinə və ya İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilirlər:

Müalicə müəssisəsində dərinləşdirilmiş müayinələr (rentgen, USM, EKQ, ExoKQ, EEQ, Tredmil testi, Holter monitorinqi, kliniki və laborator analizlər və sairə) və həkim mütəxəssislər tərəfindən (cərrah, narkoloq, travmatoloq, terapevt, nevroloq, infeksionist, psixiatr, kardioloq, dəri - zöhrəvi həkimi, reanimatoloq, stomatoloq və sair) müalicələr aparılır. Ağciyər patologiyası və vərəm xəstələri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində müayinə və müalicə edilirlər. Ehtiyac olduqda Səhiyyə Nazirliyinin və TƏBİB-in baş mütəxəssisləri tərəfindən konsultasiyalar təşkil edilir, mürəkkəb kliniki - diaqnostik hallarda Səhiyyə Nazirliyinin və TƏBİB-in tabe tibb müəssisələrində, eyni zamanda özəl tibb müəssisələrində müayinə və müalicəyə cəlb edilirlər. Zərurət yarandıqda penitensiar müəssisələrə təcili tibbi yardım briqadası çağırılır".

Qeyd edilib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində baş verən hər bir ölüm hadisəsi zamanı prokurorluq orqanları tərəfindən istintaq aparılır və bütün ölüm halları məhkəmə-tibbi ekspertizaya cəlb edilərək ölümün səbəbi müəyyənləşdirilir:

"Penitensiar müəssisələrdə məhkumların ölüm sayında artım qeydə alınmayıb. Belə ki, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin 8 ayı ərzində məhkumların ölüm sayında azalma müşahidə edilir. Xüsusilə vurğulamaq lazımdır ki, cari ilin 8 ayı ərzində məhkumlar üzrə ölüm əmsalı ölkə üzrə ümumi ölüm əmsalı ilə eynidir. Hazırda penitensiar müəssisələrdə səhhətlərinə görə vəziyyəti ağır kimi qiymətləndirilən 19 xəstə var".скачать dle 11.3
Mojo.az Banner