Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkumlar koronavirusa qarşı peyvənd ediləcək

01.02.2021 13:42 858
Məhkumlar koronavirusa qarşı peyvənd ediləcək
Ədliyyə Nazirliyi sistemində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, bu günə qədər koronavirus infeksiyası ilə bağlı ədliyyə sistemində 40 291 test keçirilib:

“Hazırda ədliyyə sistemində, eləcə də cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları çox azdır, sanitar-epidemioloji vəziyyət nəzarətdədir. Hazırda Ədliyyə Nazirliyinin tibbi heyətinin vaksinasiyası həyata keçirilir”.

İdarə rəisi qeyd edib ki, vaksinasiya prosesinə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar da cəlb ediləcək:

“Məhbusların da peyvənd olunması nəzərdə tutulur. Amma hələlik bu prosesin nə vaxt reallaşacağı barədə dəqiq məlumat yoxdur. Ümumiyyətlə, bu proses digər müəssislərdə olduğu kimi, Ədliyyə Nazirliyi sistemində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi cədvəl üzrə aparılır. Cədvələ uyğun olaraq məhkumların da vaksinasiyası həyata keçiriləcək”.

A.Sabitova bildirib ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ailə üzvləri ilə görüşünə də icazə verilir:

“Bu proses xüsusi qaydalar əsasında həyata keçirilir. Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə cəzaçəkmə müəssisələrində məhkumlarla görüş üçün xüsusi şüşə - şəffaf kabinələr yaradılıb və məhkumlar həmin kabinələrdən ailə üzvləri ilə görüşürlər”.скачать dle 11.3
Mojo.az Banner