Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi |
Mojo.az Avto
Mojo.az Avto

Penitensiar Xidmət: “Məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi dayandırılıb”

19.03.2020 20:33 1 487
Penitensiar Xidmət: “Məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi dayandırılıb”
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir.

Penitensiar Xidmətdən verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq penitensiar müəssisələrin nəzarət-buraxılış məntəqələrində “sanitariya mühafizə postları” qurularaq fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar, dezinfeksiya avadanlıqları və vasitələri ilə təchiz edilib. Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır.

Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.

Həyata keçirilən tədbirlərin icrası nazirliyin rəhbərliyinin gündəlik nəzarətindədir. Bu məqsədlə vəziyyəti mütəmadi öyrənmək üçün nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb.

Monitorinq qrupu penitensiar müəssisələrə baş çəkərək həyata keçirilən profilaktik və təhlükəsizlik tədbirləri, məhkumların saxlanma, tibbi və dərman təminatı ilə maraqlanıb.

Həmçinin ərzaq təminatı və qida şəraiti ilə tanış olunub. Müəyyən edilib ki, məhbusların ərzaq təminatı və gündəlik qida rasionu qanunvericiliklə müəyyən edilmiş normalara uyğun təşkil olunur, bununla bağlı cəza çəkənlər, o cümlədən onların yaxın qohumları tərəfindən şikayətlər daxil olmayıb.

Eyni zamanda məhkumlar və həbs olunmuş şəxslər müəssisələrdə fəaliyyət göstərən, çox çeşidli tələbat malları ilə təmin olunmuş ticarət köşklərinin xidmətindən də istifadə edirlər.

Penitensiar müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davamlı olaraq həyata keçirilir.

Qeyd olunmalıdır ki, şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb.

Son xəbərlər