Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı QƏRAR

01.05.2020 21:56 1 448
Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı QƏRAR
Nazirlər Kabineti Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə qərar verib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə verilib.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilib:

- qida məhsullarının ticarəti üzrə fəaliyyət;

- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

- turizm və hotelçilik fəaliyyəti;

- ictimai nəqliyyatın fəaliyyəti;

- vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq edəcək:

- “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.

Son xəbərlər