Mojo.az Banner
23:07 Gəncədə yeniyetməni avtomobil vurdu  |     22:56 MTK-lar daxili krediti niyə azaldıblar? (VİDEO)  |     22:51 İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib  |     22:28 “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı  |     22:19 Astarada mobil telefonunda qumar oynayan şəxs cərimə edildi  |     22:11 "Mersedes" Dubayda 8 milyardlıq şəhər inşa edir  |     22:01 Polad Bülbüloğlu oğlu ilə Şuşadakı evinin bağını göstərdi - VİDEO  |     21:47 Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü  |     21:42 Bu il neçə kişi sığınacağa müraciət edib?  |     21:34 Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb  |     21:26 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO  |     21:17 Keçmiş prokuror vəfat etdi  |     20:57 Rusiya ordusu bu kəndləri ələ keçirdi  |     20:49 Murad Övüç həbs edildi  |     20:28 Avropa ölkələri Ukrayna üçün hər il bu qədər pul ödəyəcək  |     20:22 Amnistiyanın icrasına başlanılıb  |     20:18 MDB liderləri Sankt-Peterburqa toplaşır - Tarix açıqlandı  |     19:58 Bu şəhərdə sadəcə 18 dəqiqə gündüz olacaq  |     19:45 Bu şəxslərə bayramla əlaqədar 500 manat verildi - RƏSMİ  |     19:23 İranda İsraillə əlaqədə ittiham olunan gənc edam olunacaq  |    
Left Banner
Right Banner

1988-1989-cu illərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

08.09.2025 20:43 483
1988-1989-cu illərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur
Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

Elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus "QAZ-21" markalı dövlət dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub.

Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun az yaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. "Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı" şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanın kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3