Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşı övladının Almaniyada əlindən alındığını deyir - Video

05.09.2025 12:52 675
Azərbaycan vətəndaşı övladının Almaniyada əlindən alındığını deyir - Video
Azərbaycan vətəndaşı Rəşad Cavadov övladının Almaniyada əlindən alındığını deyir.

Bu iddianı "Xəzər Xəbər"ə açıqlamasında Rəşad Cavadov səsləndirib.

Onun iddiasına görə, 2 il əvvəl 15 yaşlı qızı Səadət Cavadovanı müalicə üçün Almaniyaya aparıb.

Xezerxeber.az-ın məlumatına görə, ata qızının əməliyyat olunacağını gözləsə də, proses baş tutmayıb. Həmin vaxtdan da orada qalıb. Bu ilin aprelində isə Rəşad Cavadov özünün müalicəsi üçün övladını Almaniya uşaq müdafiəsi qurumuna həvalə edib. Elə hadisələr də bundan sonra baş verib.

Psixoloji problemi olduğunu deyən Rəşad Cavadov orada paranoidal şizofreniyadan müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra övladını geri almaq üçün yenidən uşaq müdafiəsi qurumu olan Jugendamta müraciət edib, lakin gözləmədiyi vəziyyətlə üzləşib. Qurum övladını ona geri qaytarmayıb.

Rəşad Cavadov onu da bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

2 ilə yaxın proses gedib. Azərbaycan səfirliyi müvafiq tədbirlər görüb və vətəndaşın da bu haqda məlumatı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Son xəbərlər