Mojo.az Banner
15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB

03.09.2025 17:49 597
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Bir müddət öncə övladının müalicəsi üçün Almaniyaya gedən Azərbaycan vətəndaşı Cavadov Rəşad Mirəbülfəz oğlu problemlə üzləşib.

Median.Az
xəbər verir ki, bu barədə unikal-a açıqlamasında Azərbaycan səfirliyinə müraciət etdiyini bildirib.

Məlum olub ki, 1982-ci il təvəllüdlü R.Cavadov 15 yaşlı skolioz xəstəsi olan qızı Səhadət Cavadovanı müalicə edə bilmək üçün Almaniyaya aparıb. Burada qızının əməliyyatı alınmayıb, daha sonra ata özü də xəstələnib. O, xəstəxanada olduğu müddətdə övladına baxılması üçün "Das Jugendamt" adlı mərkəzə həvalə edib. Problem isə bundan sonra yaranıb.

"Onlara dedim ki, müalicə olunmaq üçün xəstəxanaya gedirəm. Uşaq baxımsız qalmasın deyə, sizə həvalə edirəm. Onlar da razılaşdılar. Xəstəxanadan çıxandan sonra, yəni bu ilin aprel ayından bəri onlar övladımı mənə vermir. Səbəb kimi mənim xəstəliyimi göstərirlər, guya ki, mən uşağa baxa bilmərəm. Uşağı da nə əməliyyat edirlər, nə də geri qaytarırlar", - deyə R.Cavadov qeyd edib.

O, Almaniyaya mühacir kimi getdiyini, lakin peşman olduğunu da deyib: "Mühacirət etmişdim, amma indi istəyirəm ki, Azərbaycana geri qayıdım. Uşağa görə qayıda bilmirəm. Elə təhlükəli bir xəstə də deyiləm, psixoloji narahatlığım var. Qızımla dəfələrlə görüşmüşəm, təhlükəli olsaydım, görüşə icazə verməzdilər. Çox böyük səhv edib bura gəldim, ən gözəli Azərbaycandır. Burada heç nə yoxdur".скачать dle 11.3
Mojo.az Banner