Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi

01.09.2025 14:43 660
Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
Ev dustaqlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb.

İddiada göstərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194 692.09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484.69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin.

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: "İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir".

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb.

Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194 692.09 manat məbləğində maddi ziyan və 484.69 manat dövlət rüsumunun əvəzi tutulacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum olunub. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, hazırda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842.97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq məmur mənimsənilən puldan 134 min manatını 134 min manatı S.Orucova verdiyini deyib.

Son xəbərlər