Mojo.az Banner
12:41 "Ford" məşhur modelinin istehsalını dayandırdı  |     12:41 "Google"un süni intellekti qədim əlyazmaları qüsursuza yaxın səviyyədə deşifrə etməyi öyrənib  |     12:30 DÇ-2026-nın seçmə mərhələsi: Son oyunlar keçiriləcək  |     12:17 Azərbaycanın U-21 millisi Cəbəllüttariqlə qarşılaşacaq  |     12:10 Rusiyalı dizaynerin Ermənistana girişinə qadağa qoyuldu  |     12:06 Avropada ilk sürücüsüz elektrik avtobusu işə başlayıb  |     11:57 Xəzərdə ən böyük taxıl terminalı Mahaçqalada tikiləcək  |     11:32 Adapter yanğına səbəb oldu - Sumqayıtda mənzil qəfil alovlandı (Video)  |     11:04 Yadigar Muradov vəfat etdi  |     11:01 MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILIB  |     22:55 Moskvada azərbaycanlı kafedə yanaraq öldü  |     22:49 Bakıda 15 yaşlı yeniyətmə öldürülüb, 14 yaşlı şübhəli saxlanılıb  |     22:40 Daha 2 meyit tapıldı - bu dəfə zibillikdən - YENİLƏNİB - FOTO  |     22:34 Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq - VİDEO  |     22:25 Yaşar Gülər: Təyyarənin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq  |     22:19 Paşinyan Qazaxıstana səfər edəcək  |     22:08 Türkiyə MN: Qara qutunun nəticələri 2 aya bilinəcək  |     22:00 BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir  |     21:49 Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO  |     21:36 8 gün əvvəl qəzaya düşmüşdü - Bu gün öldü  |    
Left Banner
Right Banner

Həyət evi olanların nəzərinə: Sentyabrın 1-dən...

28.08.2025 22:50 309
Həyət evi olanların nəzərinə: Sentyabrın 1-dən...
Azərbaycanda sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən, bu ayın sonuna qədər sözügedən problemlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
 
Bununla yanaşı, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqi də gündəmdədir. Yeniliyin sentyabrın əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.
 
Azərbaycanda texniki pasportu olan köhnə tikililərin qeydiyyatı prosesi sadələşdirilib. Lakin hələ də minlərlə vətəndaş bilmir ki, hansı şərtlərlə evinə rəsmi çıxarış ala bilər. Sovet dövründən miras qalmış torpaq sahələrində 35-40 il əvvəl tikilmiş evlər artıq qanunla tanınacaq və faktiki ölçülərə uyğun çıxarış veriləcək. Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçirilir. Amma burada bir incə məqam var: bu güzəşt yalnız arxiv sənədi olan evlərə şamil edilir. 1995-ci ildən sonra, bələdiyyələrdən sadəcə kağız qəbzlə torpaq alan və hər hansı arxiv sənədi olmayan evlər isə hələ də hüquqi baxımdan “görünməzdir”. Abşeron yarımadasında təxminən yarım milyon belə ev mövcuddur. Bu evlərdə yaşayan ailələr illərlə sənədsiz qalıb, daşınmaz əmlak bazarına çıxışdan məhrum olub, ipoteka və rəsmi satış imkanlarından istifadə edə bilmirlər. Mütəxəssislər hesab edirlər ki, bu problemin həlli gecikir.
 
Görəsən, yeni normativ akt özbaşına tikintilər probleminin həlli və mülkiyyət hüquqlarının qorunmasında real dönüş yarada biləcəkmi?
 
Sfera.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda sənədsiz tikintilərlə bağlı uzun illərdir mövcud olan problemlərin həlli istiqamətində yeni addımların atılması, xüsusən də Dünya Bankı Qrupunun ”Business Ready" hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər çərçivəsində normativ hüquqi akt layihəsinin hazırlanması prosesi davam etdirilir və bu hesabat hər il üçün ayrıca olaraq tərtib olunur. Hesabat çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, biznes fəaliyyəti üçün icazələrin verilməsi, fərdi və hüquqi şəxslərin həyata keçirdiyi fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsi kimi bir çox istiqamətlər nəzərdə tutulur.
 
Bu prosesdə Prezident Administrasiyası, Əmlak Məsələləri üzrə müvafiq qurumlar, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, ticarət qeydiyyatı ilə bağlı dövlət qurumları, həmçinin ictimai fəallar və sahibkarlar da fəal şəkildə iştirak edirlər.
 
Mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması daşınmaz əmlak bazarının sağlam inkişafı üçün əsas şərtdir. Texniki pasportu olan köhnə tikililərin sadələşdirilmiş qaydada qeydiyyata alınması artıq yüzlərlə ailəyə rəsmi çıxarış əldə etmək imkanı yaradıb. Abşeron yarımadasında təxminən yarım milyon belə evin olması daşınmaz əmlak bazarında böyük “kölgə seqmenti” formalaşdırır və bu, ipoteka kreditləri, rəsmi satışlar və investisiya axını baxımından ciddi məhdudiyyət yaradır. Yeni hazırlanacaq normativ akt bu boşluğu aradan qaldırarsa, daşınmaz əmlakın kadastr qeydiyyatına və rəsmi bazara inteqrasiyasına şərait yaradacaq. Bu isə həm dövlət büdcəsinə əlavə vergi gəlirləri, həm də vətəndaşlar üçün maliyyə resurslarına çıxış imkanı deməkdir".
 
Günay İsmayılqızı qeyd edib ki, Prezidentin 2015-ci il tarixli, 439 nömrəli fərmanına edilən dəyişikliklər də bu prosesə əlavə imkanlar yaradıb: “Həmin fərman çərçivəsində 2004-cü ilə qədər mövcud qanunvericiliyə əsasən verilmiş ilkin qeydiyyat sənədlərinin də qəbul edilməsi nəzərdə tutulur. Hazırda hazırlanmaqda olan normativ-hüquqi aktın sentyabr ayının sonuna qədər təqdim edilməsi planlaşdırılır. Bu sənəd xüsusilə hüquqi statusu tam dəqiqləşdirilməmiş torpaq sahələrində yerləşən, uzun illərdir yaşayış üçün istifadə olunan və texniki pasportu mövcud olan tikililərin rəsmi qeydiyyata alınmasını təmin edəcək. Bununla yanaşı, dövlət arxivlərində mövcud olan sənədlər, habelə əvvəlki inventar bürolar və digər müvafiq qurumlar tərəfindən verilmiş sənədlər də nəzərə alınacaq. Qeyd olunan sənədlərin əksəriyyəti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olduğu üçün bu prosesdə onların da rəsmiləşdirilməsi həyata keçiriləcək.
 
Ümumilikdə, qəbul ediləcək yeni qanun ölkə üzrə 400 minə yaxın özbaşına tikilinin rəsmi sənədləşdirilməsinə mühüm töhfə verəcək və uzun illərdir davam edən bu problemi əhəmiyyətli dərəcədə həll edəcək.
 
Azərbaycan Qiymətləndiricilər Palatası olaraq hesab edirik ki, yeni normativ akt yalnız sovet dövründən qalma tikililəri deyil, həm də sonradan bələdiyyə torpaqlarında sənədsiz tikilmiş evləri də əhatə etməlidir. Mülkiyyət hüquqlarının tam tanınması ipoteka bazarının genişlənməsinə və vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək. Şəffaf mexanizmlər yaradılmalıdır ki, nə vətəndaş, nə də bazar iştirakçıları əlavə inzibati maneələrlə üzləşməsin. İnstitusional koordinasiya vacibdir: ASAN Xidmət, Əmlak Məsələləri Dövlət Xidməti və yerli bələdiyyələr vahid platforma üzərindən fəaliyyət göstərməlidirlər".скачать dle 11.3