Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Qazaxıstan birgə bədii film çəkəcəklər

28.08.2025 19:36 1 161
Azərbaycan və Qazaxıstan birgə bədii film çəkəcəklər
Azərbaycan və Qazaxıstan birgə bədii film çəkməyi planlaşdırırlar.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanda "Qazaxıstan kinematoqrafiyası ayı"nın açılışı zamanı bildirib.

Diplomatın sözləri Qazaxıstanın Bakıdakı səfirliyinin rəsmi saytında dərc edilmiş məlumatda yer alıb.

Səfir Qazaxıstan kinematoqrafiyasının inkişafından danışıb, hər iki ölkədə tarixə marağın artmasına diqqət çəkib. Bundan əlavə, Qazaxıstan və Azərbaycanda tarixi filmlərin çəkilişini yüksək qiymətləndirib.

"Diplomat türk kimliyinin və birliyinin möhkəmləndirilməsinin mühüm amili kimi belə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb. Səfir həmçinin bildirib ki, Qazaxıstan və Azərbaycan birgə bədii film çəkməyi planlaşdırırlar", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda "Qazaxıstan kinematoqrafiyası ayı" Aydın Saxamanın əfsanəvi "Dos-Mukasan" musiqi ansamblı haqqında filminin nümayişi ilə başlayıb.

Azərbaycan auditoriyasına həmçinin Oljas Nurbayın "Fırıldaqçılar" filmi təqdim edilib ki, bu da insanların aldadılmasının ən geniş yayılmış sxemlərini və onların qarşısının alınması yollarını nümayiş etdirir.

Kinomarafonun son filmi Aydın Saxamanın "Qazaxıstan xanlığı. Almaz qılınc" tarixi filmi olub. Filmin hadisələri XV əsrdə, Kerey və Janibek xanlarının yeni dövlət qurduğu dövrdə cərəyan edir.

Son xəbərlər