Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə ittiham edilən şəxsə hökm oxunub

12.08.2025 15:31 609
Yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə ittiham edilən şəxsə hökm oxunub
Beyləqanda yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Seyidağa Rüstəmli 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 11-də baş verib. İttihama görə, Seyidağa Rüstəmli içkili halda ictimai asayişi pozaraq avtomobil yolunu bağlayıb və sürücülərlə mübahisə edib. Bunun qarşısını almaq üçün Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında mübahisə yaranıb. Seyidağa Ramilin sinə, üz və baş nahiyələrinə yumruq vurub. Ramil Kərimov bundan sonra xəstəxanaya yerləşdirilib və oktyabrın 22-də orada vəfat edib.

Təqsirləndirilən Seyidağa Rüstəmliyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmişin ölümünə səbəb olma), 221.2.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib.скачать dle 11.3
Mojo.az Banner