Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bu məhsullar bahalaşdı

11.08.2025 22:36 657
Bu məhsullar bahalaşdı
2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 105,0 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz olub.

Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə edilib. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil etmişdir. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,3 faiz təşkil edib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər