Mojo.az Banner
16:05 İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb  |     15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |    
Left Banner
Right Banner

Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirilib

06.08.2025 21:31 519
Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair iddialara aydınlıq gətirib.

Bu barədə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qaydalara əsasən tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə normal hesab edilən dərslərin ən azı 50%-ni keçə bilməlidir.

Diqqətə çatdırılıb ki, bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürərək təhsillərini çox uzun müddətə bitirirlər, lakin bu ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil: "Qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir. AR NK-nın 348 saylı qərarı da eyni müddəanı müəyyən edir".

Agentlikdən o da bildirilib ki, xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdırlar: "Bu tələblə bağlı bir halda istisna edilir, o da əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-də olubsa. Həmçinin Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan isə universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Qaydalara əsasən həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir".

Əlavə olaraq o da bildirilib ki, Agentlik köçürülmə prosesinə nəzarət edən qurumdur, köçürülmə ilə bağlı qərarlar ali təhsil müəssisələri tərəfindən qəbul olunur. Əgər tələbələr proseslə bağlı hər hansı çətinliklə üzləşsələr köçürülmək istədikləri müəssisəyə müraciət edə bilərlər.

Qeyd edək ki, tələbələrin iddialarına görə, ya onlara kredit sayı bəhanəsi ilə, ya da YÖS imtahanı ilə bağlı müxtəlif arqumentlər səbəb göstərilir və köçürülmə prosesi həyata keçirilmir. Belə ki, tələbələrin sözlərinə görə, onların böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub, lakin agentlik onlara yalnız TR-YÖS nəticələri etibarlı olduğunu deyir. Hətta bəzi tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinə köçürülmə ilə bağlı rəsmi şəkildə 250 manat dövlət rüsumunun ödədiyini və köçürülmə üçün şəhadətnamə də aldığını iddia edib.скачать dle 11.3
Mojo.az Banner