Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib? - Video

25.07.2025 11:54 948
Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib? - Video
Türkiyədə təhsil alan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə üçün müraciət etsə də, onlara imtina cavabı verilib.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, YÖS (Yabancı Öğrenci Sınavı - Xarici tələbələrin Türkiyədəki universitetlərə qəbul olunması üçün təşkil olunan imtahan - red.) imtahanı ilə Türkiyə dövlət universitetlərinin bakalavr səviyyəsinə qəbul olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə üçün lazım olan rüsumu ödəyərək müraciət ediblər, lakin onların tələbinə aidiyyəti qurum tərəfindən rədd cavabı verilib.

Tələbələrə imtina üçün başqa bir səbəb də göstərilib.

Belə ki, əksər tələbələr 2023-cü ildə YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunub. Lakin həmin tələbələr bildirirlər ki, imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl veriblər. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bunu nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib.

Bəs Türkiyədə təhsil alan tələbələrin transfer hüququnun ləğv edilməsi nə qədər qanunauyğundur?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənddə açıq şəkildə bildirilir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil. Yəni tələbələrə bunun əsas gətirilərək köçürülməsinə imtina verilməsi onların hüquqlarının pozulması hesab olunur.

Məsələ ilə bağlı Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin 348 saylı qərara istinad etmələri tamamilə yanlışdır: "Qanunvericiliyə əsasən, tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur. Bəzi tələbələr müxtəlif səbəblərdən bu normadan az və ya çox kredit götürə bilərlər, amma norma 30-dur".

Qurumdan o da bildirilib ki, köçürülmə ilə bağlı 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir".

Ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner