"Araz Supermarket"ə qarşı qiymət artımı ilə bağlı inzibati protokol tərtib edilib
Median.Az-ın xəbərinə görə, bu barədə "Report"a agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.