Mojo.az Banner
16:47 8 gündə 100 ədəd "Redbull" oğurladı - Həbs edildi  |     16:39 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü  |     16:26 "Formula-1"in sabiq pilotu vəfat etdi  |     16:07 Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib  |     15:55 Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ  |     15:25 Niyə "Xruşşovka"lar günü-gündən bahalaşır?  |     14:24 Bakı-Sumqayıt yolunda bitişik obyektlərdə yanğın oldu - Video  |     14:22 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ  |     14:21 Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı - Azərbaycanda  |     14:11 Tərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜ  |     14:01 Ucuz qiymətə mebel satışı adı altında dələduzluq edən şəxs SAXLANILDI - Video  |     13:59 FHN əməkdaşı iş başında öldü - FOTO  |     13:56 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı  |     13:55 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb  |     13:53 Azərbaycan nefti ucuzlaşıb  |     13:51 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib  |     13:50 Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ  |     13:48 Filipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib  |     13:47 Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunub  |     13:39 Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək? - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanda tikinti materialları istehsalında əsas problemlər açıqlanıb

19.07.2025 19:18 525
Azərbaycanda tikinti materialları istehsalında əsas problemlər açıqlanıb
Azərbaycanda tikinti sektorunun inkişafı ilə paralel olaraq bu sahəyə xidmət edən yerli tikinti materialları istehsalı sənayesinin üzləşdiyi çağırışlar da daha qabarıq şəkildə ortaya çıxır, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri fonunda tikinti materiallarına olan tələbatın artması yerli istehsalın potensialının və davamlılığının artırılmasını daha aktual məsələyə çevirir.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev bildirib.

Onun sözlərinə görə, sektorun inkişafına maneə olan əsas problemlər arasında xammal asılılığı, texnoloji avadanlıqların köhnəlməsi, maliyyə resurslarına çıxışda məhdudiyyətlər vı kadr çatışmazlığı dayanır.

R. İsayev hesab edir ki, yerli tikinti materialları istehsalçılarının əsas çətinliklərindən biri xammal idxalından asılılıqdır: “Xammal təminatında yerli alternativlərin azlığı, xüsusilə yüksək keyfiyyətli inşaat komponentlərinin xarici mənbələrdən asılılığı istehsal xərclərini artırır və bazarda rəqabətə davamlılığı zəiflədir”.

O, eyni zamanda sektorun texnoloji cəhətdən yenilənməyə ciddi ehtiyac duyduğunu vurğulayıb: “Bir çox müəssisələr hələ də köhnə texnoloji avadanlıqlardan istifadə edir. Bu isə həm məhsuldarlığı, həm də keyfiyyət göstəricilərini məhdudlaşdırır. Texnoparkların genişləndirilməsi və müasir texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması vacibdir”.

Maliyyə resurslarına çıxışın çətinliyi isə, xüsusilə kiçik və orta biznes (KOB) subyektləri üçün inkişaf imkanlarını məhdudlaşdırır:

“KOB-lar üçün kreditlər üzrə faiz dərəcələrinin yüksək olması investisiya mühitinə mənfi təsir edir. Eyni zamanda, dövlətin dəstəklədiyi sənaye zonalarının texnoloji modernləşdirilməsi və istehsalın logistika zəncirinə inteqrasiyası yerli məhsulların bazara çıxışını asanlaşdıra bilər”.

Əlavə olaraq, istehsal müəssisələrinin fasiləsiz enerji təchizatı və nəqliyyat infrastrukturuna əlçatanlığı məsələsində də müəyyən çətinliklər qalmaqdadır. R. İsayev bildirir ki, bu baxımdan intermodal daşımalar və dəmir yolu bağlantıları ilə inteqrasiya edilmiş sənaye mərkəzlərinin yaradılması zəruridir.

Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycanda ekoloji baxımdan təmiz və enerjiyə qənaətli tikinti materiallarına maraq artmaqdadır:

“Son illərdə xüsusilə izolyasiya materialları, günəş enerjisinə uyğun fasad elementləri və ekoloji təmiz boyalara tələbat artıb. Bu sahədə artıq bir neçə pilot layihə həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisinə əsaslanan fərdi yaşayış evləri və sosial obyektlər bu tendensiyanın uğurlu nümunələridir”.

Bu transformasiya, həm də sektorun “yaşıl enerji”yə keçid istiqamətində mövcud olan qlobal çağırışlara cavab olaraq qiymətləndirilir. Eyni zamanda, bu proses enerji sərfiyyatını azaldaraq istehsalın maya dəyərinin də optimallaşdırılmasına töhfə verəcək.

R. İsayev qeyd edir ki, sektorun qarşısında duran daha bir vacib problem kadr çatışmazlığıdır:

“Texniki peşələr üzrə ixtisaslaşmış kadrların azlığı istehsal müəssisələrinin genişlənməsini ləngidir. Bu problemi həll etmək üçün Assosiasiya universitet və peşə məktəbləri ilə əməkdaşlıq edir. Bu assosiasiya daxilində tələbə üzvlük paketləri mövcuddur. Artıq tələbələr bu paketlərdən yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin sektorun aparıcı şirkətləri ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər. Yeni tədris ilindən başlayaraq "ATİA Academy" proqramı üzrə Azərbaycan Texniki Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal, tikinti sektorunda fəaliyyət göstərən iri müəsissələrdə real təcrübə və təlim proqramları həyata keçirməyi planlaşdırırıq”.

Bu təşəbbüslər çərçivəsində tələbələr Assosiasiyaya üzv olan aparıcı şirkətlərlə birbaşa əlaqə quraraq təcrübə keçmək və biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda,R. İsayev hesab edir ki, yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramları da nəzərdə tutulub: "Bu da gənc mütəxəssislərin sektora cəlbini təşviq edən mühüm təşəbbüsdür".

Onun sözlərinə görə, Azərbaycanda “yaşıl” və enerjiyə qənaət edən materialların tətbiqi sahəsində artım müşahidə olunur: “Xüsusilə ekoloji təmiz izolyasiya materialları, ekoloji təmiz boya və günəş enerjisinə uyğun fasad elementlərinə maraq artıb. Ölkədə bir neçə pilot layihə həyata keçirilib. Məsələn, binaların enerjiyə qənaətli izolyasiyası və bərpa olunan enerji ilə təchizatı istiqamətində nümunəvi sosial obyektlər var. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda uğurla davam etdirilən tikinti layihələrində günəş enerjisindən istifadə həm də fərdi yaşayış evləri üçün nəzərdə tutulub”.

O qeyd edib ki, hazırda Azərbaycanda tikinti materialları istehsalı sahəsində problemlərdən biri maliyyə alətlərinə çıxışın çətinliyidir: “Xüsusilə KOB-lar üçün kredit faizlərinin yüksək olması inkişaf tempini ləngidir. Həmçinin yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq məqsədilə sənaye zonalarının modernləşdirilməsi, texnoparkların genişləndirilməsi və məhsulların logistika zəncirinə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. İstehsal müəssisələrinin enerji ilə fasiləsiz və optimal tariflərlə təmin olunması, eləcə də nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi sahəsində müəyyən çətinliklər mövcuddur. Müvafiq olaraq, bu istiqamətdə dəmir yolu bağlantıları, intermodal daşınma qovşaqları və texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması sektorun dayanıqlı inkişafı üçün zəruridir”.скачать dle 11.3
Mojo.az Banner