Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan hökumətindən viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı açıqlama

15.09.2025 14:27 1 116
Ermənistan hökumətindən viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı açıqlama
Ermənistan hökuməti respublikanın sərhədlərini keçərkən istifadə olunan möhürlərdən Ağrı dağının təsvirini çıxarmaq qərarına gəlib. Ermənistanın "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının katibi Artur Ovannisyan qərarın səbəbini açıqlayıb.

Median.Az
-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, mətbuat konfransı zamanı bəyan edib.

O bildirib ki, Ermənistan yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərir.

"Ermənistan Respublikası dövlət rəmzləri ilə fəaliyyət göstərir. Ermənistan Respublikasının möhürü bizim dövlət rəmzlərimizi ifadə etməli və emosionallıqdan azad olmalıdır. Möhür və ya bəyanat olmasından asılı olmayaraq, heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir", - deyə o qeyd edib.

Xatırladaq ki, dünən Ermənistan mediasında ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirinin silinəcəyi ilə bağlı məlumat yayılmışdı. Bildirilib ki, yeni möhür forması Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında təsbit edilib. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər