Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Açıq bufet, bir müştəriyə görə 15 manat: restoran üçün sərfəlidir?

15.09.2025 22:43 471
Açıq bufet, bir müştəriyə görə 15 manat: restoran üçün sərfəlidir?
Restoran biznesində ən çox müzakirə olunan modellərdən biri açıq bufet konsepsiyasıdır. Bu modeldə müştəri müəyyən məbləğ (məsələn, 15 manat) ödəyərək limitsiz yemək, içki və desertdən istifadə edə bilir. İlk baxışdan cəlbedici görünsə də, sahibkarlar üçün bu yanaşma həm fürsət, həm də risk daşıyır.

Marketoloq və sahibkar Elxan Mərdanlının sözlərinə görə, açıq bufetdə gəlir modeli sabit ödəniş üzərində qurulur:

"Müştəri menyudan asılı olmayaraq eyni məbləği ödəyir. Burada əsas məsələ maya dəyərinin düzgün hesablanmasıdır. Əgər orta müştərinin yeyəcəyi və içəcəyi məhsulların dəyəri 8-10 manatı keçmirsə, restoran üçün 15 manatlıq qiymət gəlirli sayılır. Lakin maya dəyəri 12-13 manata yaxınlaşanda, hər müştəri faktiki olaraq minimal qazanc gətirir".

E.Mərdanlı deyir ki, açıq bufet modelində ən böyük risk ərzaq xərcləridir: "Yeməklərin tam yeyilmədən tullantıya çevrilməsi maya dəyərini artırır. Bufetin daim yenilənməsi və gigiyenaya nəzarət isə əlavə işçi qüvvəsi tələb edir. Əgər içkilər və desertlər də qiymətə daxildirsə, restoran əlavə satış imkanını itirir və gəlir yalnız sabit ödəniş üzərində formalaşır".

Psixoloji amil və istehlak davranışı

Elxan Mərdanlıya görə, psixoloji təsirlər bəzən restoranın riskini azaldır:

“Müştərilər çox çeşidli yeməklərlə qarşılaşanda hər şeydən bir az dadmağa üstünlük verirlər. Bu isə faktiki sərfiyyatı azaldır. Həm də müxtəlif dadların qarışığı tez toxluq yaradır. Beləliklə, limitsiz seçim imkanı olsa da, müştəri orta hesabla böyük porsiya qəbul etmir”.

Restoranların yanaşması

"Kütləvi auditoriyaya xidmət edən restoranlar – ailəvi məkanlar və turistlərə yönəlmiş obyektlər üçün açıq bufet daha sərfəlidir. Çünki müştəri axını çox olduqda israf halları ümumi gəlirlə balanslaşır. Premium seqment restoranları isə fərdi sifarişlər, yüksək keyfiyyətli təqdimat və fərqli qiymət siyasəti ilə daha çox gəlir əldə edir. Bu səbəbdən açıq bufet həmin məkanlarda brend dəyərini azaldan model kimi qiymətləndirilir. Açıq bufet yalnız bu hallarda effektivdir: qiymət siyasəti düzgün qurulduqda, israf minimuma endirildikdə və orta müştərinin istehlak həcmi maya dəyərini aşmadıqda. Əks halda, bu model restoran üçün riskli seçimə çevrilə bilər" - deyə E.Mərdanlı bildirdi.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner