Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

İşıqforlarda tətbiq edilən "yaşıl dalğa" rejimi nədir?

15.09.2025 22:38 606
İşıqforlarda tətbiq edilən
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.

İşıqforlara "yaşıl dalğa" rejimi dünyanın müxtəlif ölkələrində tıxacırın qarşısını almaq, nəqliyyatın hərəkətini manesiz təmin etmək üçün təklif olunan innovativ həll yollarından biri hesab olunur.

Bəs "yaşıl dalğa" rejiminin üstünlükləri və çətinlikləri nədir?

Valyuta.az xəbər verir ki, “yaşıl dalğa” rejimi — şəhər yollarında avtomobillərin müəyyən olunmuş orta sürətlə hərəkət etdikdə ardıcıl olaraq yaşıl işıqda keçə bilmələri və dayanmağa məcbur olmamamaları üçün işıqforların sinxronlaşdırılmasıdır. Başqa sözlə, sürücü düzgün sürəti saxladıqda qarşısına çıxan bütün işıqforlar yaşıl yanır və o, fasiləsiz hərəkət edir.

Bu sistemdə bir yol xətti boyunca yerləşən işıqforlar bir-biri ilə əlaqələndirilir. Məsələn, sürücülərə 40–60 km/saat kimi optimal sürət təklif olunur. Əgər sürücü bu sürəti saxlayarsa, ilk işıqfordan keçdiyi anda növbəti svetofor da yaşıl olur. Bu zəncirvari effekt bir neçə işıqfor boyunca davam edir və “yaşıl dalğa” yaranır.

İşıqforlara tətbiq edilən “yaşıl dalğa” rejimin bir çox üstünlükləri var:

* Bu rejimin tətbiqi ilə tıxaclar azalır
* Avtomobillərin tez-tez dayanıb hərəkətə başlamasına ehtiyac qalmır
* Vaxt qənaət edilir. Sürücülər daha tez və fasiləsiz ünvana çata bilir
* Yanacaq və maliyyə qənaəti də olunur. Dayanma və sürətlənmə azaldığı üçün yanacaq sərfi minimuma enir

“Yaşı dalğa” rejiminin ekoloji faydaları da var:

* Bu rejimin tətbiqi az yanacaq sərfi daha az qaz emissiyası deməkdir
* Sürücülərdə tıxaclardan yaranan stressin azalmasına da səbəb olur
* Onlar daha sakit və nizamlı şəkildə hərəkət edir

Bununla belə, rejimin tətbiqinin müəyyən məhdudiyyət və çətinlikləri də var:

* Sistem yalnız bir istiqamətdə optimal işləyir
* Qarşı istiqamətdə tam eyni effekti yaratmaq çətin olur. Çünki yola daxil olan sürücülərin eyni sürətdə hərəkət etməsi lazımdır, əks halda “dalğa” pozulur
* Quraşdırma və texniki xidmət xərcləri yüksək ola bilir.

Son xəbərlər