Mojo.az Banner
16:20 Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq  |     16:19 Bakı və bu rayonlar üçün külək XƏBƏRDARLIĞI  |     16:10 FHN-dən kritik xəbərdarlıq: Bu çimərliklərə getməyin  |     15:59 Tikinti fırıldaqçıları: Röyal Masıyevdən şikayət var  |     15:52 General rəisi vəzifəsindən azad etdi  |     15:45 Bakıda iki yeni metro tuneli inşa ediləcək  |     15:31 "Azərbaycan İranı qardaş ölkə hesab edir" - Hikmət Hacıyev  |     15:19 Qaranlıq kapitaldan separatçılığa uzanan yol - Ruben Vardanyan kimdir?  |     15:07 Bakıda fəhlə iş başında öldü  |     15:00 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     14:54 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq  |     14:48 Yaşa görə sosial şəbəkə tələblərinə görə cərimələr müəyyənləşdi  |     14:27 9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI  |     13:18 Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib  |     13:13 "Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm" dedi... - 26 minlik dələduzluq  |     13:05 Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)  |     13:00 Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək  |     12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |    
Left Banner
Right Banner

AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO

16.09.2025 11:28 552
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO
“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham olunan iş adamı İlqar Hacıyev Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasına müştəri tapıb.

Median.Az
“Demokrat.az”a istinadən xəbər verir ki, İlqar Hacıyevin bir neçə ildir 1,2 milyon manata satışa çıxardığı villasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev alır.

Əldə etdiyimiz məlumata görə, tərəflər arasında aparılan uzun danışıqlardan sonra sözügedən villanın satış qiyməti 1 milyon manata razılaşdırılıb. Belə ki, 1 milyon AZN-nin 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 manatı isə nəğd formada ödəniləcək.

Artıq Anar Rzayevin adamları tərəfindən həmin villaya baxış da keçirilib.

Məsələ ilə bağlı Demokrat.az-ın AYNA-ya ünvanladığı informasiya sorğusuna hələlik cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Belə ki, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.

İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldadıb.

Bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.


İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.





скачать dle 11.3
Mojo.az Banner