Mojo.az — elanlar
Son Xəbərlər
18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadınların 10 milyonunu mənimsəyən şəxs tutuldu

15.09.2025 22:32 555
Qadınların 10 milyonunu mənimsəyən şəxs tutuldu
Netflix-in məşhur sənədli filmi "The Tinder Swindler" ilə tanınan israilli dələduz Simon Leviev Gürcüstanda saxlanılıb.

Valyuta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Tato Kuçava AFP-yə açıqlamasında bildirib ki, Leviev “Interpol-un sorğusu əsasında Qara dəniz sahilində yerləşən Batumi hava limanında həbs edilib. Lakin əlavə təfərrüatlar açıqlanmayıb.

Məlumata görə, 34 yaşlı Levievin əsl adı Şimon Yehuda Hayutdur. O, 2017-2019-cu illərdə "Tinder" tanışlıq tətbiqindən istifadə edərək özünü varlı varis kimi təqdim edib, qadınları ondan böyük məbləğlərdə borc pul verməyə inandırıb, lakin bu pulları qaytarmayıb.

Levievin dələduzluq üsulu isə xüsusilə mürəkkəb idi - o, saxta dəbdəbəli həyat tərzi nümayiş etdirir, cangüdənlər və şəxsi təyyarələrdən istifadə edirdi. Bu, onun fırıldağını həm inandırıcı, həm də baha başa gələn hala gətirirdi.

2022-ci ildə yayımlanan "Netflix" sənədli filmi onun bir neçə qurbanının hekayəsini işıqlandırıb. Netflix-in məlumatına görə, Hayut Norveç, Finlandiya və İsveçdəki qadınlardan ümumilikdə təxminən 10 milyon dollar dələduzluq yolu ilə əldə edib.

Son xəbərlər