Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb

28.06.2025 21:23 819
Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.

Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyasına ziddir.

Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.

Müraciətdə həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

Son xəbərlər