Mojo.az Banner
18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərdi - FOTO

20.08.2021 13:32 1 575
Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərdi - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın ikinci hissəsi hazırlanaraq, beynəlxalq təşkilatlara ünvanlanıb.

Ombudsman Aparatından verilən məlumata görə, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda 90-cı illərin Qarabağ və Vətən müharibələri dövründə, habelə 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini, həmçinin sosial şəbəkələrin erməni seqmentində azərbaycanlılara qarşı nifrət nitqinin istifadəsinə dair faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.

Hesabatın hazırlanmasında sosial şəbəkələrdə, eləcə də yerli və xarici mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Ombudsman öz hesabatında 90-cı illərin Qarabağ müharibəsi dövründən itkin düşən şəxslərin taleləri, Ermənistanın siyasi və hərbi hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.

скачать dle 11.3
Mojo.az Banner