Mojo.az Banner
23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |     22:41 Lavrovdan Paşinyana açıq xəbərdarlıq: İki stulda oturmaq olmaz  |     22:36 Bakıda sürücü sükan arxasında öldü  |     22:29 Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)  |     22:22 Azovda həlak olanların nəşi vətənə gətirildi  |     22:16 "Paşinyanı dəstəklədiyim üçün çox qürur duyuram" - Trampdan təbrik  |     22:11 Hacıqabulda açıq ərazidə yanğın söndürüldü  |     22:02 Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO  |     21:55 Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər  |     21:51 Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib  |     21:43 İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:41 Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən qadının məhkəməsi  |     21:31 Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi  |     21:30 Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA  |     21:21 Tovuzda fermada MÜƏMMALI ÖLÜM  |     21:17 Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı  |     21:09 Dondurmanın gözlənilməz FAYDASI  |     21:04 35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev  |    
Left Banner
Right Banner

Rusiyada OMON-çuların döydüyü azərbaycanlı: "Bizə maşınlarının palçığını yedizdirdilər" (VİDEO)

28.06.2025 17:49 771
Rusiyada OMON-çuların döydüyü azərbaycanlı:
Ötən gün Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlılardan biri - Vüqar Səfərov hadisənin təfərrüatını danışıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, o, bildirib ki, iyunun 27-si səhər saat 05:00-da qapı döyülüb:

"Əvvəlcə qapını açmadım. Ancaq gördüm ki, qapını qırırlar, mən özüm açdım. Hər kəs maskada idi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idilər. Evdə də iki uşaq vardı. Bizi heç nə soruşmadan döydülər. Evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular".

V.Səfərov qeyd edib ki, onları daha sonra başıaşağı şəkildə maşınlara mindirib aparıblar:

"Maşınlar çox çirkli idi, bizi uzatdılar və "bu palçığı ye" dedilər. Təcridxanada isə bizi təhqir etdilər, başımıza vururdular, bizə elektrik cərəyanı ilə işgəncə verirdilər".

V.Səfərov, həmçinin, yan otaqda atasını döydüklərini söyləyib:

"Onun çığırtılarını eşidirdim. Atam ürəyində stend olduğunu desə də, ancaq bunu bilə-bilə bədənin həmin hissəsinə elektrik cərəyanı ilə işgəncə verirdilər. Onu 10 saat döydülər və sonda "ölürəm" deyə qışqırdı, nəticədə təcili tibbi yardım çağırdılar. Atamı xəstəxanaya aparanda mənə "Oğul, hər şeyi mənim üzərimə atmaq istəyirlər. Bütün qabırğalarım qırılıb" dedi. Mən sifətində salamat yer olmadığını gördüm".

Müsahib vurğulayıb ki, onları təcridxanadan müharibəyə aparmaq istəyirdilər:

"Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən. Mən bilmədim nə edim və dedim ki, 30 min rubl məbləğində humanitar yardım etmişəm. Mənə "niyə belə az?" dedilər və yenidən döyməyə başladılar. Atam da onlardan razılaşacağı təqdirdə oğlunu buraxacaqlarını deyə soruşdu. Onlar da "bəli" cavabını verdilər. Axşam saatlarında Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və vəkil oğlu təcridxanaya gəldilər, qardaşımla məni buraxdırdılar".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.скачать dle 11.3
Mojo.az Banner