Mojo.az Banner
20:25 Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq  |     20:17 Dünyanın ən təhlükəsiz ölkələri açıqlandı (SİYAHI)  |     20:12 Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?  |     20:04 Ermənistanda parlamentə namizəd daha bir şəxs həbs edildi  |     19:59 Qəbul imtahanının nəticələri nə vaxt elan ediləcək?  |     19:50 Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq  |     19:45 Azərbaycanda bu kəndi sel basdı - Video  |     19:38 MI-17 qəzasında bir mayor, iki polkovnik və 19 əsgər ölüb (YENİLƏNİB)  |     19:33 Bu məktəbdə birinci sinfə qəbul ləğv olunub? - Video  |     19:24 Ruslar müharibəyə getməkdən imtina edirlər  |     19:18 Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı  |     19:10 Daşınmaz əmlak bazarında YENİ TENDENSİYA - Video  |     19:03 Bakıda motosikletlə “Qazel” toqquşdu - Ölən var  |     18:56 Erden Timur azadlığa buraxıldı  |     18:37 Rusiya Ermənistan məhsullarına qapıları bağladı: Sərt qadağa qüvvəyə minir  |     18:16 Çilidə güclü zəlzələ oldu  |     17:49 Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?  |     17:45 Bakının məşhur şadlıq sarayının adı dəyişdi - FOTO  |     17:40 Bu il 116 550 şagird məzun olur  |     17:36 Evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanıldı  |    
Left Banner
Right Banner

Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq

28.06.2025 19:15 984
Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.

"Report"un Rusiya bürosunun əldə etdiyi məlumata görə, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.скачать dle 11.3
Mojo.az Banner