Mojo.az Banner
18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər

24.01.2025 19:53 990
Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər
Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliamın davamında növbəti hədəf dörd gün sonra Cəlilabad rayonu olub.

Sovet ordusu bölmələrinin 1990-cı il yanvarın 24-də Cəlilabad rayonunda dinc əhaliyə divan tutması nəticəsində 100-dən çox adam yaralanıb, onlarla günahsız insan həbs edilib.

35 il əvvəl baş verən qanlı hadisələrin şahidi və iştirakçısı olan Səxavət Böyükağa oğlu Məhərrəmovun sözlərinə görə, həmin günlərdə sovet hərbçiləri ilk növbədə milli-azadlıq hərəkatının fəal iştirakçılarını “neytrallaşdırmağa” çalışıblar:

“O vaxt bütün Azərbaycanı bürüyən azadlıq hərəkatı Cəlilabadda daha güclü olduğu üçün 1990-cı il yanvarın 24-də sovet qoşunları bura yeridildi. Həmin gün sovet zabitləri günorta saatlarında bizi - hərəkat fəallarından olan 11 nəfəri danışıq aparmaq üçün rayonda yerləşən hərbi hissələrdən birinə dəvət etdilər. Hərbi hissəyə getdikdə onlar bizi aldadaraq həbs etdilər".

S.Məhərrəmov xatırlayır ki, daha sonra onları iki vertolyotla Bakıya aparıblar:

"Ancaq Bakıya çatana qədər bu vertolyotlar iki dəfə eniş etdi. Birinci dəfə bizi qolu bağlı vəziyyətdə vertolyotdan Neftçalanın Qoltuq qəsəbəsində qamışlıq ərazidə düşürdülər. Bizi yarımtikili bir binaya gətirdilər. Bizi həmin binada soyundurub “dubinka” ilə vəhşicəsinə döyməyə başladılar. Hiss olunurdu ki, bizi döyən ehtiyatdan çağırılmış 30-40 yaşlı hərbçilər narkotik maddənin təsiri altındadırlar. Bu, onların bizə qarşı qəddarlığından açıq görünürdü. Sonra bizi dağlıq əraziyə gətirərək itləri üzərimizə qısqırtdılar. Bu “əyləncə”dən sonra bizi yenidən möhkəm döydülər. Onlar belə davranmaqla, yəqin bizə psixoloji təsir göstərmək istəyirdilər".

Onun sözlərinə görə, Cəlilabaddan Bakıya gedən bu əzablı yolçuluq təqribən dörd saat çəkib. Bakıya gətirildikdə, onları bir ay Şüvəlan həbsxanasında, 11 gün isə xəstəxanada saxladılar:

"Ümumilikdə 1 il 4 ay müxtəlif həbsxanalarda saxlanıldıq. Məhkəməmiz doqquz ay davam etsə də, hər hansı sübut olmadığı üçün bizi azadlığa buraxdılar”.

S.Məhərrəmov sovet ordusunun keçirdiyi “Cəlilabad əməliyyatı”nın ağır nəticələrini bir daha xatırladaraq çəkilən əziyyətlərin boşa getmədiyini vurğulayıb:

“Ümumilikdə Cəlilabad hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Aldığı güllə yaraları ağır olduğundan, onlardan 14 nəfəri ömürlük əlil qaldı. Şükür Allaha, bu gün qüdrətli dövlətimiz və ordumuz var. Həmin dəhşətli və məşəqqətli yanvar günlərində çəkdiyimiz əziyyət hədər getməyib”.
//reportскачать dle 11.3
Mojo.az Banner